“Taliban”dan konfransa basqın: ABŞ generalı yaralandı

2018/10/Jeffr-1540187580.jpg
Oxunub: 450     09:52     22 Oktyabr 2018    
Əfqanıstanın Qəndəhar vilayətində “Taliban” tərəfindən həyata keçirilən hücum nəticəsində ABŞ Quru Qoşunlarının briqada generalı Cefri Smayli xəsarət alıb.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun rəsmisi və eyni zamanda NATO-nun Qətiyyətli Dəstək Missiyasının mətbuat katibi komandir Qrant Nile bildirib.

Xatırladaq ki, hadisə ötən həftənin cümə ertəsi günü baş verib. Hücum zamanı qiyamçılar vilayətin iki yüksək səlahiyyətli rəsmisini qətlə yetirib.

Nilenin sözlərinə görə, Qəndəharda baş tutan və ABŞ hərbi komandirlərindən də bəzilərinin qatıldığı təhlükəsizlik konfransına edilən basqın nəticəsində yaralanan Smayli ötən yay Qəndəharda əfqan əsgərlərin təlim missiyasına rəhbərlik edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Əfqanıstan   ABŞ   Yaralı   Taliban  

“Taliban”dan konfransa basqın: ABŞ generalı yaralandı

2018/10/Jeffr-1540187580.jpg
Oxunub: 451     09:52     22 Oktyabr 2018    