“ABŞ dünyanı daha bir Kuba Raket Böhranına aparır” - Puşkov

2018/10/12055-1540185953.jpg
Oxunub: 413     09:24     22 Oktyabr 2018    
Birləşmiş Ştatlar dünyanı 1962-ci ilin oktyabrında baş vermiş Kuba hadisələrinə bənzər yeni bir raket böhranına doğru sürükləyir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikirləri Rusiya Federasiyası parlamentinin yuxarı palatasının İnformasiya Siyasəti və Mediya ilə Əlaqələr komissiyasının sədri Aleksey Puşkov səsləndirib.

“Artıq Ballistik Raket Əleyhinə Müqaviləsindən çəkilmiş ABŞ əgər Ortamənzilli Nüvə Silahları Müqaviləsindən də çəkilər və “New START” müqaviləsinin vaxtını uzatmazsa, biz özümüzü sıfır nöqtəsində tapacağıq. Bu elə bir nöqtədir ki, sonu Kuba Raket Böhranına gedib çıxa bilər”, - deyə Puşkov vurğulayıb.

O bildirib ki, sözügedən böhranın baş verdiyi zamanı dünya nüvə güclərinin qarşılıqlı nüvə müharibəsi aparmasından yayınmaqda uğurlu olmasına baxmayaraq, bu dəfə bizi nələr gözlədiyinə heç kim əmin ola bilməz.

Qeyd edək ki, dünən ABŞ prezidenti Donald Tramp Vaşinqtonun Ortamənzilli Nüvə Silahları Müqaviləsindən çəkiləcəyini bildirib və buna səbəb kimi Rusiyanın bu müqavilənin şərtlərini pozduğunu göstərib.

1987-ci il dekabrın 8-də imzalanmış müqavilə növbəti ilin 1 iyun tarixində qüvvəyə minib. O, orta mənzilli raketlərin təkmilləşdirilməsi və yerləşdirilməsini qadağan edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Kuba-böhranı   ABŞ   Rusiya   Nüvə  

“ABŞ dünyanı daha bir Kuba Raket Böhranına aparır” - Puşkov

2018/10/12055-1540185953.jpg
Oxunub: 414     09:24     22 Oktyabr 2018    