Erməni əsgərin ailəsi Paşinyana səsləndi: "Siz xalqı aldadırsınız, övladlarımız orduda siçovullarla yatır"

2018/10/37323-3080066652.jpg
Oxunub: 1213     19:59     20 Oktyabr 2018    
"Paşinyan axı sən məhz Gümrüdən yürüşə başlamışdın. Bir Manvel Qriqoryanı tapıb həbs etdiniz, vəssalam. O da harada necə saxlanılır, bilmirik. Hər gün bir əsgər ölür, ama heç bir tədbir yoxdur. Xalq sizə dəstək oldu, siz indi xalqı aldadırsınız, bizim uşaqlar orduda siçovullarla yatır, zabitlər əsgərləri sıxışdırır. Ordunu düzəltmək lazımdır. Əsgərin gözünün altı göyərib, amma hərbi hissədə heç kim diqqət yetirməyib. Bu necə nəzarətdir?! Bu nə deməkdir?!".

Ordu.az xəbər verir ki, işğal altında olan Qarabağın Xocavənd şəhərində qanunsuz dislokasiya olunan hərbi hissələrdən birində intihar etdiyi deyilən erməni əsgəri Qevork Haroyanın dayısı Armen Beklaryan KİV-lərə müraciət edib.

Onun sözlərinə görə, bacısı oglunun xidmət etdiyi hərbi hissəyə gedib və özbaşınalığın şahidi olub.

"Heç kim hadisə barədə heç nə bilmir. Zabitlər öz vəzifə borclarını icra etmir, çavuşların heçnədən xəbəri yoxdur. Hərbi hissədə istənilən şəxs aralarındakı münasibətləri silah yolu ilə həll edə bilər. Müdafiə nazirliyi jurnalistləri toplayaraq, hərbi hissələrə aparır guya hər şeyin yaxşı olduğunu nümayiş etdirir. Lakin əslində belə deyil, əsgərlər siçan siçovullarla bir yerdə xidmət edir. Natəmizlik baş alıb gedir", - deyə o Ermənistan ordusunda olan eybəcərliklərə etiraz edib.

O, Ermənistan istintaq komitəsinin Lukaş ləqəbli, adı keçən zabitin kim olduğunu çox yaxşı bildiyini, lakin bir tədbir görülmədiyini qeyd edib: "Özbaşınalıq olan hərbi hissənin komandiri hansı xidmətlərinə görə yuxarı vəzifəyə göndərilir. Baş nazir deyir ki, əsgərlərə geyim və qida aparmaq lazım deyil, lakin onun ordudan xəbəri yoxdur. Bizim ordu mono ordudur. Talış, ləzgi, avar yoxdur, hamısı ermənidir, lakin öldürənlər də ermənilərdir. Bütün problemləri bilirik, hərbi hissədə baş verənləri gözəl bilirik. Hamı deyir, həqiqəti demək istəyir. Ancaq heç kim deyə bilmir. Həqiqəti bilmək istədiklərini qeyd edir. İstənilən zabitə 100 dollar verdikdə, əsgərə yaxşı baxırlar.

Qevorkun atası həkim olub, onun heç bir problemi olmayıb. Belə bir şəxsin özünə qəsd etməsi mümkün deyil. Uydurma xəstəliklər uydurub yazıblar. Bu ölüm hadisəsində günahkar olan hər kəs cavab verməlidir. Ay generallar, Paşinyanlar Frankofoniya keçirirsiniz, amma heç nə dəyişməyib, hərbi hissələrdə vəziyyət eyni olaraq qalıb".

Ölən əsgərin dayısı, Ermənistan ordusunda ayrı-seçkiliyə son qoyulmasını tələb etməklə yanaşı, Paşinyana müraciət edərək xalqı aldatmamağı məsləhət görüb.

"Biz övladlarımızla necə davrandıqlarını görməli və bilməliyik. 80-90 nəfər olan gənc əsgərlər bölüyündə heç bir nəzarət yoxdur. Yüksək texnologiyalar nümayiş etdiririk, ancaq baş verənlərə nəzarət edə bilmirik. Bu biabırçılıqdır. Heç bir şəxs hərbi hissədə normal xidmət etmir. Biz türkdən yox, özümüz bir-birimizdən qorxuruq. Kimsə bu ölümlərə görə cavab verməlidir. Əsas günahkarlar müdafiə nazirliyində oturanlardır. Paşinyanla görüşmək istəyirik, ancaq heç bir xəbər yoxdur.

Paşinyan axı sən məhz Gümrüdən yürüşə başlamışdın. Bir Manvel Qriqoryanı tapıb həbs etdiniz, vəssalam. O da harada necə saxlanılır, bilmirik. Hər gün bir əsgər ölür, ama heç bir tədbir yoxdur. Xalq sizə dəstək oldu, siz indi xalqı aldadırsınız, bizim uşaqlar orduda siçovullarla yatır, zabitlər əsgərləri sıxışdırır. Ordunu düzəltmək lazımdır. Əsgərin gözünün altı göyərib, amma hərbi hissədə heç kim diqqət yetirməyib. Bu necə nəzarətdir?! Bu nə deməkdir?!", - deyə Beklaryan bildirib.

Onun sözlərinə görə, Qevork Haroyan ölümündən qabaq anasına deyib ki, bu hərbi hissə cəhənnəmdir: "İki ay xidməti müddətində anası ona üç dəfə hərbi geyim aparıb. Ancaq Paşinyan xalqı aldadaraq deyir ki, hərbi hissələrə geyim və ərzaq aparmasınlar. Hərbi hissədə onunla görüşərkən anası və nənəsi bədənindəki və sifətindəki göyərmələri görürlər. Səbəbini soruşarkən isə deyib ki, ana heç kimə heç nə demə, hər şey yaxşıdır. Valideynlərlə görüş jurnalına isə hər şey yaxşıdır, təşəkkür və yaxşı sözlər yazmağı tövsiyyə edib. Çünki əks halda əsgərə xəsarət yetirilə bilər. Müdafiə naziri başdan xarabları hərbi hissə komandiri təyin edir. Hamımız birgə orduya nəzarət etmək üçün vasitə tapmalıyıq. Hətta Gümrüdə dəfn zamanı çox təccüblü hadisələr baş verib. Bir oğul, bir övlad ölüb. Lakin adamlar vardı ki, çələngləri sayır, şamları sayır nə bilim axmaq işlərlə məşgul olurdu. Paşinyan, sən bilirsən necə hökümət qurursan, bu nə biabırçılıqdır. Hakimiyyət seçirik, amma övladlarımız eyni şəkildə xidmət edir, ölümlər davam edir. Əgər orduya rəhbərlik edəcək general yoxdursa, o zaman bu vəzifəyə qadın təyin edilsin".

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan-ordusu   Ölüm   Etiraz   Paşinyan  

Erməni əsgərin ailəsi Paşinyana səsləndi: "Siz xalqı aldadırsınız, övladlarımız orduda siçovullarla yatır"

2018/10/37323-3080066652.jpg
Oxunub: 1214     19:59     20 Oktyabr 2018    