ABŞ və Britaniya kiberməkanın müdafiəsinə dair saziş imzalayacaq

2018/10/45645-1540030308.jpg
Oxunub: 250     14:18     20 Oktyabr 2018    
ABŞ və Birləşmiş Krallıq kiber döyüş məkanında rəqiblərin manevrlərinə qarşı müdafiəni yaxşılaşdırmaq məqsədilə saziş imzalayacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, sazişin bu gün Britaniya Müdafiə naziri Qavin Uilyamson tərəfindən elan edilməsi gözlənilir.

Hazırda Nyu York şəhərindən iki mil məsafədə olan “HMS Queen Elizabeth”in göyərtəsində şam yeməyinə qatılacaq Uilyamsonun buradaca əməkdaşlıq razılaşmasını açıqlayacağı iddia edilir.

Çıxışı zamanı o, Atlantik Gələcək Forumunun bazar ertəsi günü baş tutacağını və onun ABŞ-la Britaniyanın müdafiə sənayesini bir araya gətirəcəyini söyləyəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Britaniya   Kiberməkan  

ABŞ və Britaniya kiberməkanın müdafiəsinə dair saziş imzalayacaq

2018/10/45645-1540030308.jpg
Oxunub: 251     14:18     20 Oktyabr 2018    