Tramp gələn həftə nüvə sazişindən çıxmağı planlaşdırır

2018/10/10215-1540029409.jpg
Oxunub: 328     21:16     20 Oktyabr 2018    
Tramp administrasiyası gələn həftə Soyuq Müharibə dövründə imzalanmış orta mənzilli nüvə silahları müqaviləsindən çıxmağı planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bir sıra etibarlı amerikalı və xarici rəsmilər bildiriblər.

Bildirilir ki, Tramp Rusiyanın 30 illik müqaviləni pozmasını bəhanə göstərərək ABŞ-ın ondan çıxdığını elan edəcək. Əsl səbəb kimi isə administrasiyasının bu müqaviləni Çinin orta mənzilli arsenalını gücləndirməsinə qarşı durmaqda əngəl kimi görməsi olduğu iddia edilir.

Ağ Ev bununla bağlı hansısa rəsmi qərarın qəbul edilmədiyini bildirsə də, etibarlı mənbələr iddia edirlər ki, Trampın məsləhətçisi Con Bolton gələn həftə Rusiyaya səfəri zamanı Putinə ABŞ-ın bu müqaviləni birtərəfli olaraq ləğv etdiyini söyləyəcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Tramp   Nüvə-sazişi  

Tramp gələn həftə nüvə sazişindən çıxmağı planlaşdırır

2018/10/10215-1540029409.jpg
Oxunub: 329     21:16     20 Oktyabr 2018    