Fransa Hind okeanına aviadaşıyıcı göndərəcək

2018/10/wire--1540029293.jpg
Oxunub: 364     20:10     20 Oktyabr 2018    
Fransa gələn il “The Charles de Gaulle” aviadaşıyıcısını Hind okeanına göndərməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Müdafiə naziri Florens Parli danışıb.

“Fransa hər zaman beynəlxalq sularda sərbəst gəmiçilik hüququnun müdafiəsində ön cəbhədə yer alıb. Nə vaxt beynəlxalq hüququn bu fundamental prinsipinə qarşı təhdid mövcud olsa, biz belə sularda sərbəst şəkildə hərəkət etmə azadlığımızı nümayiş etdirəcəyik”, - deyə Parli vurğulayıb.

O bildirib ki, hazırda Fransanın Tulon limanında təmir-bərpa mərhələsində olan gəminin Hind okeanına yerləşdirmə üçün gələn ilin əvvəllərində hazır olması gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Fransa   Aviadaşıyıcı   Hind-okeanı  

Fransa Hind okeanına aviadaşıyıcı göndərəcək

2018/10/wire--1540029293.jpg
Oxunub: 365     20:10     20 Oktyabr 2018    