Çin prezidenti Rusiya Müdafiə naziri ilə görüşüb

2018/10/c3f02-1540021207.jpg
Oxunub: 450     11:39     20 Oktyabr 2018    
Çin prezidenti Si Tsinpinq Pekində Rusiya Müdafiə naziri Sergey Şoyqunu qəbul edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, görüş zamanı Si iki ölkə arasındakı əlaqələrin yüksək səviyyədə davamlı inkişaf etdiyindən məmnunluğunu ifadə edib.

O, bu əlaqələrin bu ilin əvvəllərindən etibarən tarixinin ən yüksək səviyyəsinə çatdığını vurğulayıb. Son beş ay ərzində Putinlə üç dəfə görüşdüyünü xatırladan prezident həmkarının da bu əlaqələrin inkişafına həssas yanaşdığını söyləyib.

Öz növbəsində Sergey Şoyqu ikitərəfli hərbi əlaqələrin inkişafına diqqət çəkib və “Vostok-2018” təlimlərində iki ölkə ordularının yüksək səviyyəli əməkdaşlıq və koordinasiyanın nümayiş etdirdiyini əlavə edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Çin   Rusiya   Şoyqu  

Çin prezidenti Rusiya Müdafiə naziri ilə görüşüb

2018/10/c3f02-1540021207.jpg
Oxunub: 451     11:39     20 Oktyabr 2018    