Azərbaycan "Czechoslovak Group"dan hansı silahları ala bilər? – HƏRBİ EKSPERT

2018/10/444-4620060243.jpg
Oxunub: 1982     11:09     20 Oktyabr 2018    
Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Çexiya Respublikasına işgüzar səfəri çərçivəsində bu ölkənin iri sənaye holdinqi - "Czechoslovak Group"un (CZG) rəhbərliyi ilə görüşüb.

Görüş zamanı qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, holdinqlə gələcək əməkdaşlığın perspektivləri nəzərdən keçirilib və ona daxil olan müdafiə sənayesi şirkətlərinin fəaliyyəti, istehsal etdikləri məhsullar barədə brifinqlər təşkil edilib.

Görüşün detalları barədə məlumatlar verilməsə də, Azərbaycanın Çexiya və Slovakiya ilə hərbi siyasi sahədə əlaqələrinə, "Czechoslovak Group"un fəaliyyət istiqamətlərinə və istehsal sahələrinə diqqət yetirərək hansı məsələlərin müzakirə edilə biləcəyi barədə bəzi ehtimallar irəli sürmək olar.

Azərbaycana həm Çexiya, həm də Slovakiyadan müdafiə sənayesi sahəsində əməkdaşlığı uzun müddətdir ki, davam edir. Müəyyən məhdudiyyətlərə baxmayaraq Slovakiya hökumətinin yaxın keçmişdə öz ərazisindən Azərbaycana silah ixracına aid lisenziya verməsini də vurğulamaq yerinə düşərdi. Tərəfdaş ölkənin bu addımı Ermənistan XİN-in ciddi etirazlarına səbəb olsa da, rəsmi İrəvan səmərəli əməkdaşlığa mane ola biləcək addımlar ata bilmədi. Ermənistanın Slovakiyadakı səfiri Tiqran Seyranyanın ölkəsinin narahatçılığını rəsmi Bratslavaya çatdırması da bir nəticə verməmişdi. İşğalçı dövlətin Avropa İttifaqına etdiyi şikayətlər də ciddi qəbul edilmədi. Bütün bunları dünən keçirilən yüksək səviyyəli görüşlər bir daha əyani olaraq sübut etdi.

Qeyd edək ki, əvvəlki illərdə imzalanan müqavilələr çərçivəsində Azərbaycan "Czechoslovak Group" holdinqinin istehsal etdiyi bir sıra müasir özüyeriyən artilleriya qurğularını, yaylım atəşli reaktiv sistemlərini, onların sursat dəstlərini, ehtiyat hissələrini və s. əldə edib.

"Czechoslovak Group" əsasən Çexiya və Slovakiyada yerləşən, müdafiə və mülki sahədə fəaliyyət göstərən sənaye və ticarət şirkətlərinin birləşdiyi holdinqdir. Holdinqin strategiyası uzunmüddətli perspektivdə ənənəvi çex və slovak sənayesinə güclü ixrac potensialı qazandırmaqdan ibarətdir. Özəl və dövlət sektorundakı tərəfdaşlarla münasibətdə CSG biznes üçün maraqlı imkanlar yaradan sabit və ciddi tərəfdaşdır. CSG qrupu Çexiya və Slovakiyada 8000-dən çox əməkdaş üçün perspektivli bir işəgötürən holdinqdir. Holdinq 2014-2016-cı illərdə "Excaluber Group" adı altında fəaliyyət göstərib. Holdinqin rəhbəri iş adamı Yaroslav Strnaddır. O, həmçinin "Rene Mater" və "Tatra" avtomobil şirkətinin də sahibidir. Ümumilikdə isə holdinqə 22 şirkət daxildir. Holdinq keçən il dünyanın 70 ölkəsinə 1 milyard avro həcmində hərbi təyinatlı məhsullar ixrac edib.

Bizə Dakar rallisindən yaxşı tanış olan Tatra yük avtomobilləri də məhz holdinqin istehsal etdiyi məhsullar arasındadır. Onlardan bir çox ölkələrin özüyeriyən artilleriya və YARS komplekslərində şassi kimi uğurla istifadə edilir.

Holdinq davamlı olaraq fəaliyyət dairəsini və tərəfdaşlarını artırır. Keçən ilin dekabrında holdinq, aerodromlarda istifadə edilən RLS sistemlərini onlarla ölkəyə ixrac edən "Eldis Pardubice" şirkətinin aksiyalarının 100%-ni əldə etdi.

Bu ilin əvvəllərində isə "Czechoslovak Group" holdinqi hava vasitələrinin hərəkətinin idarə edilməsinin proqram təminatı sahəsində böyük təcrübəyə malik CS SOFT şirkətini satın aldı.

Holdinqin istehsal sahəsi kifayət qədər genişdir. Bunlara qol saatarından yük maşınlarına, zirehli vasitələrdən qatarların ehtiyat hissələrinə qədər müxtəlif sahələr daxildir. Müdafiə sənayesi sahəsində isə zirehli və yük avtomobilləri ilə bərabər naviqasiya və radiolokasiya sistemlərinin istehsalına ustünlük verilir.

150 illik istehsal təcrübəsi ilə dünyanın ən qədim 3-cü yük maşını istehsal edən şirkəti olan "Tatra Truck" 4x4, 6x6, 8x8 və 16 oxlu modelləri ilə bütün qitələrdə istifadə edilir.

DANA-M1M özüyeriyən artilleriya qurğusu, EVA artilleriya qurğusu, "Pandur" ailəsinə məxsus müxtəlif təyinatlı zirehli daşıyıcılar, 6x6 "Titus" ZPD, IFV "Corsac" 8x8 xüsusi zirehli maşını, AM-50 EX panton körpüsü, müxtəlif təyinatlı RLS-lər, hərbi təyyarələrin yenidən qurulması və avionikanın modernləşdirilməsi vasitələri, helikopter pilotlarının hazırlanması üçün avadanlıqlar, istənilən təyinatda konteynerlər (səyyar tibb məntəqəsi, komanda məntəqəsi, səhra soyuducu anbarı və s.), istənilən növ sursatların istehsalı və utilizasiyası, mobil nəzarət qülləsi, hava məkanına nəzarət sistemləri, tam hərbi təchizat dəsti də holdinqin təklif etdiyi hərbi təyinatlı məhsullar arasındadır.

Holdinq zirehli vasitələrin modernləşdirilməsi sahəsində ciddi təcrübəyə malikdir.

Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənovun "Czechoslovak Group" (CZG) holdinqin rəhbərliyi ilə görüşündə böyük ehtimalla özüyeriyən artilleriya və YARS qurğularının əldə edilməsi, həmin sistemlərin sursatlarının təchizatı və ya ölkəmizdə sursatların birgə istehsalının təşkili, yük maşınları və hava məkanına nəzarət edən radiolokasiya sistemlərinin əldə olunmasına dair müzakirələr aparılıb. Aviasiya vasitələrinin yenilənməsində və pilotların hazırlanmasında da CZG təcrübəsindən yararlanmaq barədə müzakirələr də istisna edilmir. İstənilən halda Avropanın ciddi hərbi sənaye holdinqləri ilə əməkdaşlıq həm Azərbaycan ordusunun, həm də müdafiə sənayemizin keyfiyyət baxımından daha yüksək bir mərhələyə qədəm qoymasına geniş imkanlar yaradır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: CzechoslovakGroup   MN   Azərbaycan  

Azərbaycan "Czechoslovak Group"dan hansı silahları ala bilər? – HƏRBİ EKSPERT

2018/10/444-4620060243.jpg
Oxunub: 1983     11:09     20 Oktyabr 2018    