Mettis və Şoyqu ilk dəfə üz-üzə görüşüblər

2018/10/5b5b4-1540012283.jpg
Oxunub: 290     09:09     20 Oktyabr 2018    
Rusiya Müdafiə naziri Sergey Şoyqu və Pentaqon rəhbəri Ceyms Mettis ilk dəfə olaraq təkbətək görüş keçiriblər.

Ordu.az “Sputnik”ə istinadən xəbər verir ki, Müdafiə nazirləri arasındakı görüş Sinqapurda baş tutub.

Cənub-Şərqi Asiya ölkələri Assosiasiyasına üzv dövlətlərin Müdafiə nazirlərinin beşinci dialoq sammitində iştirak etmək məqsədilə Sinqapurda olan Şoyqu və Mettis iclasdan öncə bir araya gəliblər.

Görüş zamanı Pentaqon rəhbəri Krımdakı Kerç kollecində baş verən ölümcül hücumdan dolayı Şoyquya başsağlığı verib. O, bu kimi hadisələrin daha öncə ABŞ-da da baş verdiyini və buna görə Rusiyanı yaxşı başa düşdüyünü bildirib.

Qeyd edək ki, sammitdən öncə Şoyqu Mettislə yanaşı, Hindistan, Çin və bir sıra digər ölkələrdən olan həmkarları ilə də görüş keçirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   ABŞ   Sinqapur  

Mettis və Şoyqu ilk dəfə üz-üzə görüşüblər

2018/10/5b5b4-1540012283.jpg
Oxunub: 291     09:09     20 Oktyabr 2018    