Almaniya niyə öz ordusunu gücləndirir?

2018/10/45852-1539954819.jpg
Oxunub: 349     20:12     19 Oktyabr 2018    
Yeni problemlər qarşısında Almaniya NATO ittifaqına getdikcə daha çox yaxınlaşır. Lakin mərkəzi hərbi rol oynama adətən silahlı qüvvələrinə qarşı etinasız yanaşmaqda ittiham ölkə üçün nə mənaya gələcək?

Ordu.az xəbər verir ki, alman hərbçilər hazırda NATO-nun şərq sahilində, Belarusun bir neçə kilometrliyində hərbi təlim keçirlər.

Almaniyanın “Leopard” döyüş tanklarından ibarət zirehli batalyonu NATO çərçivəsində Litvadakı fəaliyyətlərdə iştirak edən hərbçilərin əksər hissəsini təmin edir.

Burada Almaniya ilə yanaşı Belçika, Çexiya, Lüksemburq, Norveç, Niderlanddan da əsgərlər iştirak edirlər. Almaniyanın buradakı yerləşdirməsi ölkə üçün praktiki və simbolik əhəmiyyət daşıyır.

Almaniya Müdafiə naziri Ursula von der Leyen bir neçə gün öncə bildirdi ki, Litva xalqı özlərinin müdafiə, hərbçilərin təlimində Almaniya qüvvələrinə etibar edə bilər.

Məhz xanım nazir ABŞ prezidenti Donald Trampın 2%-lik tələb üzərində durmasından sonra Almaniyanın NATO daxilində fəaliyyətinin artırılması istiqamətində böyük səylər göstərib.

Lakin Almaniyanın müdafiə xərcləri hələ də bu həddən çox aşağıdadır. Almaniyanın hazırkı planlarına görə müdafiə büdcəsi 2024-cü ilə qədər ancaq ÜDM-nin 1,5%-nə çatdırılacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Almaniya   Ordu  

Almaniya niyə öz ordusunu gücləndirir?

2018/10/45852-1539954819.jpg
Oxunub: 350     20:12     19 Oktyabr 2018    