ABŞ-ın S-400 sanksiyalarındakı ikili standartları: Türkiyəyə olar, Hindistana yox

2018/10/5345-1539954575.jpg
Oxunub: 635     19:43     19 Oktyabr 2018    
ABŞ-ın Rusiyanın müdafiə kompaniyası “Almaz-Antey” şirkəti üzərinə sanksiya tətbiq etməsinə baxmayaraq, o, S-400 sistemlərini bir neçə ölkəyə sata bilib. Bunlar arasında bildiyimiz kimi NATO üzvü olan Türkiyə də var. Hələlik yeganə olaraq Çin bu sistemləri və onlarla əlaqədar detalları əldə edib.

Onun bu addımı ABŞ Dövlət Departamentinin Çinin silah və hərbi ləvazimatlardan məsul idarəsi olan Ləvazimatların Təkmilləşdirilməsi İdarəsinə sanksiyalar tətbiq etməyə başladı.

Xatırladaq ki, ABŞ konqresi bununla bağlı ötən il Amerika Rəqiblərinə qarşı Sanksiyalarla Mübarizə Qanununu (CAATSA) qəbul etdi. Qanunda Rusiya, Şimali Koreya və İrandan digər ölkələrin silah-sursat almasını qadağan edilir və bu qadağaya uymayan ölkələrə qarşı sanksiyalar tətbiq edilməsi nəzərdə tutulur.

ABŞ Əlcəzair, Belarus, İran və Veytnam kimi ölkələrin S-400-lərlə bağlı cəhdlərini yaxından araşdırır. Nəticə etibarilə S-400-lərin Türkiyəyə satışı da amerikalı rəsmilər arasında ciddi müzakirə obyekti oldu və Ankaranı bu yoldan çəkindirməyə çalışıldı.

Lakin beş ədəd S-400 sisteminin Hindistana satışına Tramp administrasiyasının göz yumması bir çoxlarında sual oyadıb. İyulun 24-də ABŞ Senatı və Nümayəndələr Palatası Hindistanın sanksiyalarla üzləşmədən Rusiyadan silah ala bilməsinə imkan verən qanunu qəbul etdi.

CAATSA-ya edilən bu düzəlişdə ABŞ-ın müttəfiqlik əlaqələrinin müdafiəsi məqsədilə ölkə prezidentinə bəzi interaksiyaları bu qanundan kənar saxlama səlahiyyəti verir. Üstəlik Hindistan Müdafiə naziri Nirmala Sitharaman da CAATSA-nın BMT-nin yox, ABŞ-ın qanunu olduğunu bildirdi.

ABŞ Rusiyadan sonra Hindistana ən çox silah ixrac edən ikinci ölkədir. ABŞ firmaları son on il ərzində Hindistana 10 milyard dollardan çox dəyərə malik hərbi texnika, təyyarələr və s. satıb. Ekspertlər ABŞ-ın məhz belə böyük həcmdə ticarət partnyoru ilə əlaqələrini pozmaqdan yayınmaq üçün bu addımı atdığını düşünürlər.

İstənilən halda Rusiya silahları ilə əlaqəli sanksiyaların tətbiqində ikili standartlar tətbiq etdiyi ortadadır. Moskva bu faktı yaxşı başa düşür və “Rosoboronexport”un strategiyası da bundan yararlanaraq daha çox satış həyata keçirməkdir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   S-400   Sanksiya  

ABŞ-ın S-400 sanksiyalarındakı ikili standartları: Türkiyəyə olar, Hindistana yox

2018/10/5345-1539954575.jpg
Oxunub: 636     19:43     19 Oktyabr 2018    