"AirShow China-2018": NORINCO SH11 qurğusu ilk nümayiş öncəsi – FOTOLAR

2018/10/sau10-1539952643.jpg
Oxunub: 1461     16:30     19 Oktyabr 2018    
Çin müdafiə sənayesi yeni Özüyeriyən Artilleriya Qurğusunun (ÖAQ) yaradılmasını tamamladı və ilkin prototipi hazırladı. Yaxın gələcəkdə Zhuhai şəhərində keçiriləcək "AirShow China-2018" hərbi-texniki sərgisində perspektivli ÖAQ təqdim ediləcək. Təkərli şassi üzərində yerləşdirilən perspektiv model SH11 adını alıb. Eyni zamanda, ilk rəsmi nümayişdən bir neçə həftə əvvəl, yeni layihə ilə bağlı bəzi materiallar, eləcə də prototip şəkilləri ictimaiyyətə təqdim edilib.

Proqnozlaşdırılan layihə haqqında ilk məlumat sentyabr ayının sonlarında verilib. Çinin ixtisaslı resurslarından biri NORINCO Korporasiyasının istehsal sexindən qısa bir qeyd və bir neçə fotoşəkil nümayiş etdirdi. Şirkət 155 mm haubitsa daşıyan ÖAQ-ın prototipinin montajını tamamladığını bildirdi. SH11 adlı nümunə Zhuhai hərbi-texniki sərgisındə nümayiş etdiriləcək. Bir neçə fotoşəkil yeni artilleriya qurğusunun əsas xüsusiyyətlərindən bəzilərini anlamağa imkan verdi.

SH11 ÖAQ-a qüllənin quraşdırılması

Bir neçə gün sonra, "Jane's" informasiya agentliyi Çin mənbələrinə istinad edərək layihənin bəzi fərqli cəhətlərini və xüsusiyyətlərini açıqladı. Beləliklə, özüyeriyən qurğu ZBL-08 və VN-1 markaları ilə tanınan 8x8 "Tip 08" təkərli şassi bazasında qurulub. Tamamilə yeni qüllə yaradılıb. Döyüş bölməsinin avtomatlaşdırma səviyyəsi artırılıb. Belə bir maşının döyüş çəkisi 36 tona çatır, ekipajı - 3 nəfərdir.

Az sonra, perspektivli nümunənin yeni bir fotoşəkili peyda oldu. Hazır maşının şəklini ehtimal ki, poliqonda təbiət fonunda çəkiblər. Yeni fotoşəkildə prototipin bəzi yeni avadanlıqlar əldə etdiyi və boyalı olduğunu da görmək mümkündür. Maşının korpusunda əhəmiyyətli bir dəyişiklik gözə dəymir.

"AirShow China-2018" beynəlxalq hərbi-texniki sərgisi noyabrın 6-da açılacaq və bir neçə gün işləyəcək. Bu sərgi zamanı NORINCO korporasiyası, həmişə olduğu kimi, bir sıra artıq tanınan və təmamilə yeni dizaynlarını göstərəcək. Gələcək sərgidə perspektiv ÖAQ yeni bir silah sistemi kimi təqdim ediləcək, lakin bu barədə artıq mütəxəssislərə və ictimaiyyətə bəzi detallar məlumdur. Layihənin əsas texniki göstəricilərinin və hazır nümunənin xüsusiyyətlərinin Zhuhai sərgisində açıqlanması gözlənilir.

Nəşr olunan məlumatlara görə, SH11 artilleriya qurğusunun bazasını piyadaların döyüş maşınının "Tip 08" təkərli şassisi təşkil edir. Göründüyü kimi, heyətin daşınması üçün lazım olan avadanlıq zirehli korpusdan çıxarılıb, bunun əvəzinə yeni cihazlar və mexanizmlər yerləşdirilib. Bundan əlavə, maşının damı da dəyişdirilib. Bu yenidən qurulmaya baxmayaraq, şassinin konstruksiyası eyni olaraq qalıb. Mühərrik bölməsi ön hissədə qalır, onun yanında idarəetmə bölməsi yerləşdirilib. Bütün digər həcmlər döyüş bölməsinin digər avadanlıqları üçün ayrılıb.

Şassi mövcud təkərli zirehli vasitələrə xas olan formaya sahibdir. Ön proyeksiya qüllə və qəlpələrdən, eləcə də kiçik çaplı mərmilərdən qorunmanı təmin edən müxtəlif ölçüdə bir neçə meyilli zirehli plitələrdən ibarətdir. Korpusun yan tərəflərində ehtiyat hissələri və əşyalar üçün ayrılan qutular yerləşdirilib.

Geniş sahəli üfüqi dam böyük bir döyüş modulunun yerləşdirilməsini asanlaşdırır. Arxa tərəfdəki şaquli lövhədəki böyük bir lyuk, sursatı yükləmək üçün istifadə edilir.

Gələcək prototipin şassisi

BMP VN-1 əsas konfiqurasiyada 440 at gücündə bir ədəd "Deutz" BF6M1015C dizel mühərriki ilə təchiz edilir. Ağır ÖAQ-da hansı mühərrikdən istifadə olunacağı bəlli deyil.

Mexaniki ötürücünün köməyi ilə fırlanma anı bütün səkkiz aparıcı təkərə paylanır. SH11 üçün transmissiya bir qədər dəyişib. Özüyeriyən silah suda üzə bilmir və arxa sü mühərrikləri ilə təchiz edilmir, bu da müvafiq enerji təchizatı vasitələrini aradan qaldırmağa imkan yaradır.

Şassi dörd oxlu fərdi asqıya malik böyük diametrli təkərlərdən ibarət hərəkətli hissəyə malikdir. Asqının tərkibində torsiondan və yaylı amortizatorlardan istifadə edilir. Şassinin iri çaplı qüllənin daşıyıcısına çevrilməsi zamanı onun bəzi hissələrinin yenidən qurulması, asqının dəyişikliklərə məruz qalması və yüklərin artmasına uyğun olaraq gücləndirilməsi gözləniləndir. Bununla əlaqədar tam dəqiq məlumatlar hələ ortaya çıxmayıb.

Şassi daha ağır bir qüllə istifadə etdiyinə görə gücləndirilsə belə, onun sabit dayanıqlılığı təkərlər üzərindən atəş açmaq üçün kifayət etmir. Atışdan əvvəl avtomobili dörd ədəd domkrat üzərinə qaldıraraq asmaq təklif olunur. Bir cüt domkrat şassinin ikinci və üçüncü oxları arasında, ikinci cüt isə korpusun arxa hissəsində yerləşdirilib.

Perspektivli ÖAQ üçün xüsusi olaraq 155 mm top üçün təmamilə yeni bir qüllə hazırlanıb və quraşdırılıb. Göründüyü kimi, bu qüllə uyğun platformaya quraşdırılmaq üçün lazım olan bütün zəruri cihazlara malik döyüş modulu şəklində hazırlanıb. Əlavə olaraq, platforma qüllə ilə yanaşı, topdan istifadəsi üçün zəruri olan digər qurğuları da daşımalıdır. Baza şassinin korpusunun daxilində daşınan döyüş dəstinin bir hissəsi yerləşdirilə bilər.

Çap edilən fotoşəkillər göstərir ki, yeni qüllə nisbətən böyük ölçülü və qismən mürəkkəb formalı zirehli korpus əsasında qurulub. Yeni bir qüllə qorunma səviyyəsinə görə böyük ehtimalla istifadə edilən korpusdan fərqlənmir, yəni qüllə və qəlpədən etibarlı qoruyur. Qüllənin ön hissəsində haubitsa qurğusunun və ekipaj oturacaqlarının yerləşdirilməsi, digər həcm isə müxtəlif alətlər və döyüş sursatı üçün ayrılır.

Yeni qüllənin dizaynı

Yeni ÖAQ-nin qülləsinə 39 kalibr uzunluğunda 155 mm-lik haubitsa yerləşdirilib. Bu silahın digər özüyeriyən komplekslərində istifadə olunan mövcud toplardan birinin əsasında yaradıldığı ehtimal edilir. Silahın lüləsi yeni, dəlikli ağız əyləci ilə təchiz olunur.

Məhdud xüsusiyyətlərə malik olan şassilərə atəşin mənfi təsirlərini azaltmaq üçün qabaqcıl geri təpmə qurğularından istifadə olunur. Onların böyük silindrləri döyüş bölməsindən kənara çıxır və düzbucaqlı bir qəfəsdə qorunur. Səfər vəziyyətində lülə qatlanan saxlama qurğusunda bərkidilir.

Nəşr olunan məlumatda bildirilir ki, topun iki müstəvidə tuşlanması uzaqdan nəzarət edilən atəşi idarəetmə sistemi vasitəsilə həyata keçirilir. Yol verilə bilən tuşlama bucaqları hələ məlum deyil, lakin şassinin dizaynı üfüdi atəş sektorunu məhdudlaşdırır. Eyni zamanda, böyük ölçüdə yüksəklik bucaqları altında asma trayektoriya ilə atəş açmaq da mümkündür.

SH11 layihəsi haqqında yayılan hesabatlarda onun atəşə hazırlığını təmin edən avtomatik doldurma mexanizminə malik olduğu bildirilir. Beləliklə, ayrı-ayrı yüklənən sursatlar arxadakı mexaniki konteynerdə yerləşir və avtomatlaşdırılan doldurma vasitəsinin köməyi ilə topa ötürülür. Yəqin ki, avtomatik doldurma mexanizmi müxtəlif yüklü sursatlarla işləməyə imkan verir. İstənilən halda, bu cür cihazlar ekipajın yükünü kəskin şəkildə azaldır.

Atəşi idarəetmə sisteminin tərkibi hələ dəqiqləşdirilməyib, lakin çox güman ki, bu mövcud aktual tendensiyalara cavab verir. Beləliklə, qüllənin damında iki ədəd optik elektron qurğu quraşdırılıb. Onlardan biri tuşlayıcı, digəri isə komandir tərəfindən istifadə edilməlidir. Bundan əlavə komandir tam panoramalı nişangaha da sahibdir. Bütün bu qurğular qüllə daxilində olan iş yerlərindəki elektron idarəetmə panelləri ilə əlaqələndirilib. Onlar bütün daxil olan məlumatları emal etməli və müxtəlif parametrləri hesablamalıdır. Maşının avadanlıqlarının tərkibi özüyeriyən artilleria qurğusunun topundan həm birbaşa tuşlama ilə, həm də qapalı mövqelərdən atəş açmağa imkan verir.

Yeni tip ÖAQ-ın köməkçi silahlanması olduqca sadədir. Qüllənin damında ağır bir pulemyot açıq şəkildə quraşdırılıb. Qüllənin ön tərəfində yarımkürəyə yönəldilən iki sıra tüstü qumbaraatanı yerləşdirilib. Ekipajın şəxsi silahlarının döyüş bölməsində daşınması mümkündür.

SH11 prototipi poliqonda

Müxtəlif təyinatlı avtomatlaşdırılan sistemlər nəticəsində NORINCO-dan olan dizaynerlər ekipajı üç nəfərə endirə biliblər. Bunlardan birincisi sürücü mexanikdir və o, korpusun ön tərəfində əyləşir. Onun işçi yeri şüşəli lyukla örtülür. İdarəetmənin rahatlığı üçün, sürücü fərqli bir xarici görünüşə malik arxa görünüşlü güzgülərlə təchiz edilib.

Qüllədə yalnız operator (ehtimalla sağda) və komandir (solda) yerləşir. Onların da içşi yerlərinin üstündə öz lyukları mövcuddur. Əlavə olaraq, qülləyə giriş üçün bir cüt böyük ölçülü arxa lyuklardan istifadə edilir. Bu lyuk böyük ehtimalla sursat dəstini yükləmək üçün qorunub saxlanılıb.

Perspektiv özüyeriyən qurğu ölçüsü və çəkisi baxımından BMP baza modelindən ciddi şəkildə fərqlənir. Beləliklə, irəli çıxarılan topa görə maşının uzunluğu 8 m-dən 9-10 m-ə qədər arta bilər, eni isə 3 m səviyyəsində qalacaq. Yeni qüllə ÖAQ-ın hündürlüyünü 3-3.2 metrə qədəd çatdıracaq. Bəyan edilən döyüş çəkisi 36 tona çatacaq, bu isə "Tip 08" bazasında yaradılan köhnə versiyalı BMP-lərdən 10-12 ton daha ağırdır.

Mövcud təkərli piyada döyüş maşını 100 km/s sürətlə hərəkət edə bilir. Yeni bir layihədə kütlənin əhəmiyyətli dərəcədə artması hərəkət sürətini xeyli azalda bilər. SH11-nin maksimal sürəti, əsas nümunənin sürətindən on kilometr saatlarla aşağı ola bilər. Bundan əlavə, keçicilik qabiliyyətində də müəyyən bir azalmanı gözləmək olar. Nəhayət, ağır özüyeriyən qurğu üzə də bilmir.

ÖAQ-ın döyüş xüsusiyyətləri hələ də dəqiq bilinmir. Yeni 155 mm haubitsa mövcud Çin standartlarına cavab verir və buna görə də lazımi kalibrdə mövcud olan bütün sursatlardan istifadə edə bilər. Lülə uzunluğu adi bir mərmi ilə atəş məsafəsinin 15-20 km çatdığını göstərir. Aktiv-reaktiv mərmilərdən istifadə edərkən atəş məsafəsinin bir neçə kilometr arta biləcəyi gözlənilir. Bundan əlavə, nizamlanan mərmərlərin köməyi ilə döyüş effektivliyinin artırılmasına nail olmaq da mümkündür.

*****

Son məlumatlara görə, NORINCO artıq özüyeriyən artilleriya qurğusunun yeni bir prototipini hazırlayıb və tezliklə onun sınaqlarına başlayacaq. Bundan əlavə, bu məhsulun ilk nümayişi yaxın bir neçə həftə ərzində baş tutacaq. "AirShow China-2018" sərgisində SH11 ÖAQ, yerli və xarici ziyarətçilərə ilk dəfə nümayiş etdiriləcək.

Qüllə avadanlıqları. Aydın görünən komandirin panorama nişangahı

Yeni layihənin perspektivləri hələ də məlum deyil. Çox məlumatlar dərc olunmayıb və bu səbəbdən SH11-in gələcəyini proqnozlaşdırmaq çətindir. Eyni zamanda, bəzi fərziyyələr irəli sürülə bilər. Birincisi, yeni silahın Çin Xalq Azadlıq Ordusunu maraqlandıracağına inanmaq üçün əsaslar mövcuddur. ÇXAO-nun silahlanmasında müxtəlif tipli təkərli ÖAQ-lar artıq mövcuddur, lakin 155 mm-lik sistemlər hələlik yoxdur. Yəqin ki, perspektiv SH11 bu boşluğu dolduracaq, nəticədə Çin artilleriya qoşunları tırtıllı və təkərli müxtəlif tipli haubitsaların tam parkından istifadə edə biləcək. Quru qoşunlarının artilleriyası, bütün vəzifələri həll edə biləcək daha çevik bir hərbi quruma çevriləcək.

"Type 08"/ZBL-08/VN-1 şassisinin istifadəsi özünəməxsus bir işarə də ola bilər. Bu təkərli piyada döyüş maşını və onun bazasında bəzi nümunələr xarici müştərilərə də təklif olunur. Beləliklə, SH11 ÖAQ ixrac nümunəsi olmaq üçün bütün imkanlara malikdir. Bundan başqa, bu layihə ilk növbədə avadanlıqların xaricə satışı üçün də yaradıla bilər. Bu versiyanın dolayı təsdiqi, rəsmi nümayişdən əvvəl özüyeriyən qurğu barədə məlumatların yayılması faktı da ola bilər. Çin adətən öz ordusu üçün yeni nümunələri əvvəlcədən göstərmir.

NORINCO-nun SH11 özüyeriyən qurğu layihəsi haqqında məlumatlarından təxmini bir mənzərə yaratmaq olar, lakin bir sıra mühüm suallar hələ də cavabsız qalır. Layihənin məqsədi, gələcək modelin dəqiq xüsusiyyətləri və döyüş imkanları məlum deyil. Xoşbəxtlikdən, bütün bu məlumatlar yaxın gələcəkdə nəşr olunacaq. Noyabrın 6-da Zhuhai şəhərində keçiriləcək "AirShow China-2018" sərgisində gələcək perspektiv ÖAQ-ın rəsmi təqdimatı keçiriləcək. Bu zaman istehsalçı bütün maraqlı məlumatları açıqlayacaq. Rəsmi məlumatların yayılmasına bir neçə həftə qalır.

Məlumat Kiril Ryabovun yazıları əsasında hazırlanıb
Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: NORINCO   SH11  

"AirShow China-2018": NORINCO SH11 qurğusu ilk nümayiş öncəsi – FOTOLAR

2018/10/sau10-1539952643.jpg
Oxunub: 1462     16:30     19 Oktyabr 2018    