National Interest: ABŞ HHQ-nin XƏQ-i böyük müharibəyə hazırlaşır

2018/10/C-130-1539948588.jpg
Oxunub: 345     15:26     19 Oktyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələrinin Xüsusi Əməliyyatlar Komandanlığı öz diqqətini qiyamçılarla mübarizədən böyük güclərlə müharibəyə çevirib.

Ordu.az “National Interest”ə istinadən xəbər verir ki, son onillikdə öz imkanlarını İraq və Əfqanıstanda sınaqdan keçirən bu komandanlıq hazırda texnoloji cəhətdən daha qabaqcıl qabiliyyətə malik rəqibə qarşı müharibəyə diqqət toplayıb.

Hələ ötən ayın 17-də ABŞ HHQ-nin XƏK-nın komandiri general-leytenant Marşal Ueb öz çıxışında rəhbərlik etdiyi qüvvələrin böyük qüvvələrlə müharibədə çox ciddi strateji əhəmiyyətə malik olduğunu vurğulayıb.

O, qarşıdakı illərdə komandanlığın terrorla mübarizə üzərində diqqətinin zəifləməyəciyi vurğulasa da, artmaqda və yeni meydana gəlməkdə olan təhdidlərin bunun dəyişdirilməsinə ehtiyac olduğunu göstərdiyini diqqətə çatdırıb.

Qeyd edək ki, XƏM həm də güclü kəşfiyyat ekspertizasına görə də məşhurdur. O, digər müttəfiq qüvvələrin təlim və ləvazimatlarından istifadə edə bilir. Onun digər qüvvələrlə birlikdə işləmə imkanlarını artırma cəhdləri də böyük müharibədə zəruri olan qabiliyyətin təminatı üçün olduğu hesab edilir.

Özünün kəşfiyyat istiqamətli missiyası hava və quruda sensorlardan, axtarış qüvvələrindən istifadə etməsini əhatə edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: XƏQ   ABŞ  

National Interest: ABŞ HHQ-nin XƏQ-i böyük müharibəyə hazırlaşır

2018/10/C-130-1539948588.jpg
Oxunub: 346     15:26     19 Oktyabr 2018    