Düşmən Qarabağdakı komandanlığında bəzi dəyişikliklər edib - FOTOLAR

2018/10/15398-1539944984.jpg
Oxunub: 1997     14:13     19 Oktyabr 2018    
İşğal altında olan Qarabağda qanunsuz dislokasiya olunan Ermənistan ordusunun hərbi hissələrindən birinin komandiri dəyişdirilib.

Ordu.az xəbər verir ki, dünən qondarma qurumun "rəhbəriliyi", cəbhənin şərq istiqamətindəki mövqelərə gəlib. Həmin mövqelər Azərbaycan ordusunun Tərtər rayon istiqamətindəki mövqelərinin qarşı tərəfi olmaqla, Ermənistan ordusunun Ağdərə şəhərində dislokasiya olunan 49971 nömrəli hərbi hissəsinə təhkim edilən ərazidir.

Həmin hərbi hissənin mövqelərinə səfər zamanı qondarma qurum "rəhbərliyini" müşayiət edənin hərbi hissə komandiri polkovnik Aşot Ağacanyan olduğu görünür. Ehtimallara görə, avqustun 18-də sözügedən hərbi hissənin komandiri kimi polkovnik Samvel Qriqoryan təqdim edilsə də, avqustun 29-da və oktyabrın 18-də əldə edilən görüntülər Qriqoryanın polkovnik Aşot Ağacanyanla əvəz edildiyini göstərir.

Məlumat üçün bildirək ki, “İnternat” ləqəbli, nizam-intizamın aşağı səviyyədə olması ilə seçilən, 10-cu dağ atıcı diviziyanın, 5-ci dağ atıcı alayı olaraq, 49971 nömrəli hərbi hissə əsasən Ermənistandan gələn çağırışçılarla komplektləşdirilir.

Xatırladaq ki, sonuncu dəfə Ağdərədəki hərbi hissədə qulluq edən İrəvan sakini xidmət etdiyi cəmi 20 gün ərzində bölmə komandiri tərəfindən həm döyülüb, həm də cinsi təcavuzə məruz qalıb. Bölmə komandiri bunu inkar edib və məhkəmədə təcavuzə uğrayan şəxs ilkin izahatlarından imtina edilməyə məcbur edilib. Yalan ifadə verməkdə ittiham olunaraq, onun özünə qarşı cinayət işi açılmışdı.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Qarabağ   Ermənistan-ordusu  

Düşmən Qarabağdakı komandanlığında bəzi dəyişikliklər edib - FOTOLAR

2018/10/15398-1539944984.jpg
Oxunub: 1998     14:13     19 Oktyabr 2018    