İtaliyadan Azərbaycana M346 tədarükü: “Albatros”lar sıradan çıxarılır (EKSPERT)

2018/10/M-346-6159763052.jpg
Oxunub: 4256     13:54     19 Oktyabr 2018    
Azərbaycan öz Hərbi Hava Qüvvələrinin təchizatını gücləndirmək məqsədilə İtaliya istehsalı olan müasir M346 təyyarələrini əldə etmək niyyətindədir. Bu məqalədə qısa da olsa Sizi M346 təyyarələri ilə yaxından tanış etmək istəyirik.

M346 təlim döyüş təyyarəsi İtaliyanın “Leonardo” kompaniyası tərəfindən istehsal edilir. Onun ilk uçuşu 2004-cü ildə baş tutub. 2015-ci ildə isə istismara verilib.

M-346 İtaliyanın hərbi məqsədlər üçün istifadə olunan reaktiv təlim-döyüş təyyarəsidir. Əvvəllər Rusiyanın Yakovlev şirkəti ilə birlikdə istehsalı planlaşdırılsa da, 2000-ci ildə tərəfdaşlığın ləğv olunmasından sonra İtaliya şirkəti M-346 təyyarəsini ayrılıqda istehsal etməyə başladı. Hazırda yəyyarə İtaliya, İsrail, Sinqapur və Polşa Hərbi Hava Qüvvələri tərəfindən müvəffəqiyyətlə istismar olunur.

Azərbaycan da bu təyyarələri əldə etmək məqsədi ilə bir sıra tədbirlər həyata keçirib. Artıq pilotlarımız M-346 təyyarələrini həm İtaliyada, həm də Azərbaycanda sınaqlardan keçiriblər. Bakıda keçirilən sərgidə iştirak edən “Leonardo” şirkətinin rəhbərliyi də Azərbaycan ilə əməkdaşlığın uğurla davam etməsi barədə saytımıza açıqlama verdi. Qeyri-rəsmi məlumatlara görə Azərbaycan HHQ bu təyyarələrdən 25 ədəd sifariş verib və onlardan artıq 10 ədədinin Bakıya gətirildiyi ehtimal edilir. Bu məlumatlar nə Azərbaycan, nə də şirkət rəhbərliyi tərəfindən təsdiq edilməyib.

Təyyarə ən müasir inteqrasiya edilən təlim sistemi ilə təchiz olunub. “M-346” modeli ikimühərrikli, oturacaqları ardıcıl yerləşdirilən, müasir, yeni nəsil reaktiv təlim-məşq təyyarəsi olub, yeni nəsil döyüş təyyarələrində uçuşlar həyata keçirən pilotların bilik, bacarıq və vərdişlərini yaxşılaşdırmaq üçün nəzərdə tutulub. Təyyarə birinci dərəcəli təlim-məşq imkanı ilə bərabər aşağı istismar məsrəfləri də təklif edir. Bu xüsusiyyətlər, gənc pilotların müasir qırıcıların istismarında yetişdirilməsi prosesində mühüm bir element kimi dəyərləndirilir. Bu təlim döyüş təyyarələri öz texniki-uçuş xüsusiyyətlərinə görə bütün analoqlarından daha üstündür. Onaları qənaətcil və daha yüksək sürətə malik olduğuna görə öz sinifinin “səma Ferrari”si də adlandırırlar.

Taktiki-texniki xüsusiyyətləri

Ekipaj: 2 nəfər
Uzunluğu: 11.49 m
Qanad uzunluğu: 9.72 m
Hündürlüyü: 4.76 m
Qanadının sahəsi: 23.52 m²
Boş çəkisi: 4610 kq
Yüklü çəkisi: 6700 kq
Maksimum qalxma çəkisi: 9500 kq
Mühərriki: 2 × Honeywell F124-GA-200 (hər birinin itələmə gücü 28 kN)
Uçuş keyfiyyətləri
Maksimal sürət: 1059 km/s
Uçuş məsafəsi: 1981 km
Maksimal uçuş məsafəsi: 2722 km (3 ehtiyat yanacaq çəni ilə)
Uçuş hündürlüyü: 13716 m
Yüksəkliyə qalxma sürəti: 6705 m/dəq
Çəkmə gücünün çəkiyə nisbəti: 0.84

Silahlanması

M346 təyyarəsi 9 ədəd xarici asqıda 3000 kq ağırlığında raket və ya aviabomba daşıya bilər. İstehsal prosesində kompozit materiallara üstünlük verilir. Kabinin oksigen təminatı OBOGS generator vasitəsilə təmin edilir.

Təyyarənin avionikasına iki ədəd radiostansiya, rəqəmsal xəritə displeyi, 3 ədəd 5x5 düyümlük çoxfunksiyalı LCD displey, səsli komanda radiosu, GPS, ətalətli naviqasia sistemi, EGİR hündürlük ölçmə vasitələri, SOS xəbərdarlıq sistemi və s. kimi avadanlıqlar daxildir.

Əsas istismarçılar arasında İtaliya Hərbi Hava Qüvvələrindən başqa İsrail Hərbi Hava Qüvvələrinin də yer alması diqqətəlayiqdir. Çünki, İsrail Ordusunun hər hansı bir hərbi texniki vasitəni əldə edərkən ona qarşı irəli sürdüyü tələblərin nə qədər ciddi olduğu hər kəsə məlumdur.

Hər bir təyyarə təxminən 20 milyon ABŞ dolları dəyərindədir.

Xatırladım ki, İtaliyanın M-346 təlim döyüş təyyarələri, “Eurofighter” və ya F-35 kimi müasir qırıcılar üçün pilotların hazırlanmasında geniş istifadə edilir. Azərbaycan HHQ-nin hazırda istifadəsində olan 36 ədəd L-29 və L-39 təyyarələrini gələcəkdə bu qırıcılarla dəyişmək məqsədilə ciddi diqqət göstərməsi də səbəsiz deyil. Bildiyimiz kimi “L” tipli təyyarələr pilotların 4++ və ya 5-ci nəsil qırıcıları idarə etməsi üçün təlim təyyarəsi rolunu tam ifa edə bilmir. Bu isə gələcəkdə rəsmi Bakının yeni nəsil qırıcılar əldə edəcəyi barədə ehtimal irəli sürməsinə imkan verir. Həqiqətdə də aviasiya parkının 15-20 ildən bir yenilənməsi həm hava məkanımızın, həm infrastrukturun, həm vətəndaşlarımızın, həm də hazırığı milyon dollarla vəsait tələb edən pilotlarımızın təhlükəsizliyi baxımından çox vacibdir.

M-346 sınaq dövründən sonra qəza keçirməyən azsaylı təyyarə ailələrindən biridir. Belə bir göstərici təlim təyyarələrinin yüksək keyfiyyətindən xəbər verir. Hazırda bu təyyarələrdən 30 ədədi İsraildə, 18 ədədi İtaliyada, 12 ədədi Sinqapurda, 8 ədədi isə Polşada intensiv şəkildə istismar edilir. Tailand da bu təyyarələri əldə etməyə çalışan dövlətlər sırasındadır.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: M-346   Azərbaycan   İtaliya  

İtaliyadan Azərbaycana M346 tədarükü: “Albatros”lar sıradan çıxarılır (EKSPERT)

2018/10/M-346-6159763052.jpg
Oxunub: 4257     13:54     19 Oktyabr 2018    