ABŞ HHQ növbəti rabitə peykini orbitə göndərib

2018/10/AYC3F-1539939725.jpg
Oxunub: 337     13:32     19 Oktyabr 2018    
ABŞ Hərbi Hava Qüvvələri dördüncü Qabaqcıl Çox Yüksək Tezlikli (AEHF) peykini Floridadakı “Cape Canaveral” bazasından kosmosa göndərib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə ABŞ HHQ-nin Los Ancelesdə yerləşən Kosmos və Raket Mərkəzinin əməkdaşı mayor Matteus Qetts danışıb.

Onun sözlərinə görə, “Atlas 5” raketinin göyərtəsində orbitə çıxarılan peykin buraxılma məqsədi quru, dəniz və havadakı hərbi platformalara davamlı, qlobal, təhlükəsiz və qorunan rabitəni təmin etməkdir.

Bildirilib ki, AEHF-4 tam əməliyyat qabiliyyətlidir. Bu o deməkdir ki, o, qlobal Genişləndirilmiş Məlumat Dərəcəsi əlaqəsini onlayn etmək üçün tələb olunan şərtləri qarşılama imkanına malikdir.

Qeyd edək ki, ABŞ HHQ 15 milyard dollar dəyərə malik AEHF proqramında əsasən “Lockheed Martin”lə əməkdaşlıq edir. “Lockheed” bu proqram üzrə imzalanmış müqavilə əsasında HHQ-yə 6 ədəd peyk çatdırmalıdır. AEHF-5-in atışı gələn ilin iyuluna planlaşdırılıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   HHQ   Rabitə-peyki  

ABŞ HHQ növbəti rabitə peykini orbitə göndərib

2018/10/AYC3F-1539939725.jpg
Oxunub: 338     13:32     19 Oktyabr 2018    