Erməni hərbçi arvadından etiraz: "Aclıq elan edib, etiraz aksiyası keçirməli olacam" (VİDEO)

2018/10/14430-1539938026.jpg
Oxunub: 349     12:24     19 Oktyabr 2018    
"Əgər belə davam etsə, aclıq elan edəcəm və şəhər rəhbərliyinin binası qarşısında etiraz aksiyası keçirməli olacam".

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, bu sözləri ölən erməni hərbi qulluqçunun 57 yaşlı arvadı, Lusya Hovhannisyan baxımsızlıqdan və şəraitsizlikdən şikayətlənərkən bildirib.

Ermənistanın Üçmüədzin şəhərində qızı və iki nəvəsi ilə illərdir dağılmış evdə yaşayan erməni hərbçinin arvadı, son zamanlar tək yaşamağa başlayıb. Səbəb isə təmamilə dağılan evdən başqa yerə getməli yerinin olmamasıdır.

Lusya bildirib ki, 1,5 il əvvəl evin bir hissəsi tam uçub, digər hissəsi də uçmaq ərəfəsindədir.

"Qızım və nəvələrim qohum evində yaşasalar da özümün getməyə yerim yoxdur. Şikayətimə baxan yoxdur. Şəhər rəhbərinin müavini gəlib kömək edəcəyinə dair vəd versə də, heç bir nəticə olmayıb. Ondan başqa Üçmüədzin şəhər rəhbəri Diana mənzil kirayəsinə dair vəd verib, lakin o da heç bir yardım etməyib. Şəhər rəhbərinin balansında mənzil olsa da vermək istəmirlər", - deyə qadın şikayətlənib.

O, ölən hərbi qulluqçunun ailəsi olaraq, 10 min dram təqaüd aldığını, mənzil kirayəsinin isə 35 min dram olduğunu qeyd edir.

"Əgər belə davam etsə, aclıq elan edəcəm və şəhər rəhbərliyinin binası qarşısında etiraz aksiyası keçirməli olacam", - deyə o əlavə edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər:

Erməni hərbçi arvadından etiraz: "Aclıq elan edib, etiraz aksiyası keçirməli olacam" (VİDEO)

2018/10/14430-1539938026.jpg
Oxunub: 350     12:24     19 Oktyabr 2018    