ABŞ donanmasının helikopteri Sakit okeanda qəzaya uğrayıb

2018/10/10672-1539935718.jpg
Oxunub: 182     11:54     19 Oktyabr 2018    
ABŞ donanmasına məxsus MH-60 “Seahawk” helikopteri Filippin dənizində qəzaya uğrayıb.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ donanmasının mətbuat xidməti məlumat yayıb.

“ABŞ donanmasının 5-ci aviadaşıyıcı hücum qrupunun aviasiya qanadına bağlı MH-60 “Seahawk” helikopteri yerli vaxtla təqribən 09:00 radələrində “USS Ronald Reagan” aviadaşıyıcısının göyərtəsindən havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb”, - deyə məlumatda deyilir.

ABŞ donanmasının Hind-Sakit okean əməliyyatlarına dəstək vermək məqsədilə Filippin dənizində yerləşdirilmiş aviadaşıyıcının tam əməliyyat qabiliyyətli olduğunu və uçuşların artıq bərpa edildiyi bildirilir.

“Bütün yaralanan personal “Ronald Reagan”ın tibbi heyətinin nəzarətin altında stabil vəziyyətdədirlər. Bəzi personalın sahilə çıxarılmasına baxmayaraq heç kimin həyati təhlükəsi yoxdur”, - deyə bəyanatda əlavə edilib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: ABŞ   Helikopter   Qəza  

ABŞ donanmasının helikopteri Sakit okeanda qəzaya uğrayıb

2018/10/10672-1539935718.jpg
Oxunub: 183     11:54     19 Oktyabr 2018    