Yunanıstan Aralıq dənizində təxribata cəhd edib

2018/10/thumb-1539929269.jpg
Oxunub: 427     10:06     19 Oktyabr 2018    
Yunanıstan freqatı Aralıq dənizinin şərqində tədqiqat fəaliyyəti göstərən Türkiyə gəmisinə müdaxilə etməyə cəhd göstərib.

Ordu.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, bu barədə Türkiyə ordusuna yaxın mənbə bildirib.

Məlumata görə, seysmoloji və təlim gəmisi “Barbaros Hayrettin Paşa” Aralıq dənizinin Türkiyəyə məxsus kontinental şelf zonasında tədqiqat apararkən Yunanıstan freqatı ona müdaxilə etməyə çalışıb.

Lakin Türkiyə donanması freqatı öz yolundan çəkindirib və onun bu addımının qarşısı alınıb.

Bu hadisədən sonra Türkiyə Xarici İşlər Nazirliyi yaydığı bəyanatla Yunanıstanı bu tipli aktlardan əl çəkməyə çağırıb və onun regionda gərginliyə səbəb ola biləcəyinə dair xəbərdarlıq edib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: Yunanıstan   Təxribat   Türkiyə  

Yunanıstan Aralıq dənizində təxribata cəhd edib

2018/10/thumb-1539929269.jpg
Oxunub: 428     10:06     19 Oktyabr 2018    