Rusiya Baltikdə hərbi quruculuğunu genişləndirir? – Peyk görüntüləri

2018/10/1-1539868530.jpg
Oxunub: 351     21:13     18 Oktyabr 2018    
Yeni yayılmış peyk görüntüləri Rusiyanın Baltikdəki strateji anklavı Kalininqraddaki hərbi təsisatlarından dördünü yenilədiyini göstərir.

Ordu.az xəbər verir ki, bu ilin əvvəllərində Rusiyanın buradakı nüvə silahları bunkerlərini modernizasiya etdiyinə dair iddialar yayıldı.

“ImageSat International” tərəfindən yenicə yayımlanmış peyk fotolarında isə bölgədə böyük modernizasiya işlərinin aparılması təsdiqlənib.

Modenizasiya işləri ilə yanaşı Rusiyanın Baltik dənizindəki ikinci böyük limanı Primorsk yaxınlığındakı hərbi depolama zonasında 40 yeni bunkerin inşa mərhələsində olduğu da aydın olub.

Hələlik CNN-in sözügedən məsələ ilə bağlı sorğusuna hələlik cavab verməyib. Lakin Rusiya hökuməti hər zaman özünün həmin regionda silah yerləşdirmə haqqı olduğunu müdafiə edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Baltik  

Rusiya Baltikdə hərbi quruculuğunu genişləndirir? – Peyk görüntüləri

2018/10/1-1539868530.jpg
Oxunub: 352     21:13     18 Oktyabr 2018    