Bu həftə “Taliban” 52 nəfəri qətlə yetirib

2018/10/ap_10-1539868002.jpg
Oxunub: 256     19:54     18 Oktyabr 2018    
Bu həftə ərzində “Taliban” qiyamçılarının Əfqanıstan təhlükəsizlik qüvvələrinə qarşı həyata keçirdiyi müxtəlif hücumlar nəticəsində azı 52 nəfər həlak olub.

Ordu.az “Fox News”a istinadən xəbər verir ki, hücumlar ölkənin Künduz, Cövzcan, Samanqan və digər vilayətlərində baş verib.

Künduzda baş verən hücumla bağlı açıqlama verən vilayət şurasının sədri Məhəmməd Yusuf Əyubi bildirib ki, burada ölənlərdən 13-ü, yaralanlardan isə 15-i təhlükəsizlik qüvvələrindəndir. Hücum vilayətin Dəşti-Arçi rayonundakı nəzarət-yoxlanış məntəqəsini hədəf alıb.

Bununla yanaşı, Cövzcan vilayətinin polis rəisi general Faqir Məhəmməd də iki müxtəlif nöqtədə qiyamçıların hücum etdiklərini və mülki itkilərin baş verməsinin qarşısını almaq məqsədilə polislərin rayon qərargahlarını tərk etmək məcburiyyətində qaldıqlarını bildirib.

Qiyamçıların Samanqan vilayətinin Dara Suf rayonunda həyata keçirdiyi hücum nəticəsində isə 14 yerli polis həyatını itirib, 6-sı isə yaralanıb.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Taliban   Əfqanıstan  

Bu həftə “Taliban” 52 nəfəri qətlə yetirib

2018/10/ap_10-1539868002.jpg
Oxunub: 257     19:54     18 Oktyabr 2018    