BMK, KXDR və Cənubi Koreya üçtərəfli hərbi danışıqlar keçirib

2018/10/1024p-1539866749.jpg
Oxunub: 236     16:44     18 Oktyabr 2018    
Cənubi və Şimali Koreyadan olan hərbi rəsmilər Birləşmiş Millətlər Komandanlığı ilə üçtərəfli hərbi danışıqlar aparıblar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə BMK-nın mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, danışıqlar Koreya Hərbsizləşdirilmiş Zonadakı Birgə Təhlükəsizlik Bölgəsində təşkil olunub.

Görüşdə iki Koreya dövlətinin bir müddət öncə razılaşdırdığı Hərtərəfli Hərbi Sazişlə (HHS) əlaqədar texniki səviyyəli məsələlərin tətbiqi müzakirə edilib.

Həm quruda, həm dənizdə, həm də havada tədbirlərin görülməsini nəzərdə tutan HHS-in tərkib hissəsi Birgə Təhlükəsizlik Zonasında gərginliyin azaldılması məsələsində BMK da iştirak edəcək. Bu münasibətlə oktyabrın 20-nə qədər həmin bölgədə minaların təmizlənməsi prosesi başa çatdırılmalıdır. Bundan sonra başlayacaq mərhələdə isə beş gün ərzində Birgə Təhlükəsizlik Zonasından təhlükəsizlik qüvvələrinin çəkilməsi nəzərdə tutulub.

Qeyd edək ki, BMK 1950-ci ildə Koreya Müharibəsində Cənubi Koreyanın dəstəklənməsi üçün hazırlanmış və bir çox dövlətin hərbi qüvvələrini birləşdirən komandanlıq strukturudur.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər: BMK   KXDR   Cənubi-Koreya  

BMK, KXDR və Cənubi Koreya üçtərəfli hərbi danışıqlar keçirib

2018/10/1024p-1539866749.jpg
Oxunub: 237     16:44     18 Oktyabr 2018    