Müstəqil Azərbaycan və Ordu quruculuğu

2018/10/maxre-9239197782.jpg
Oxunub: 1283     16:32     18 Oktyabr 2018    
Hər il oktyabrın 18-də qeyd edilən Azərbaycanın Dövlət Müstəqilliyi günü müasir Azərbaycan tarixinin ən mühüm günlərindən biridir.

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövlət müstəqilliyini bərpa etdi. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr apardıqdan sonra, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd - Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktını qəbul etdi. Həmin vaxt aktın lehinə Ali Sovetin 360 deputatından 258-i səs verdi, yerdə qalanlar isə ya sessiyaya qatılmadı, ya da onun əleyhinə səs verdi. Müstəqillik bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında qanunlar qəbul edildi.

Elə ilk günlərdə ordu quruculuğu ilə bağlı mühüm qərarlar qəbul edilməyə başlandı. 1991-ci il sentyabrın 5-də Müdafiə Nazirliyinin yaradılması baradə qərar və həmin il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali Soveti tərəfindən Silahlı Qüvvələrin yaradılması haqqında qanun qəbul edildi. Təbii ki, gənc respublika və onun rəhbərliyi bu qərarların həyata keçirilməsi üçün ciddi bir səy göstərmək imkanından məhrum idi. Ordunun silah, sursat və texnika ilə təchizatında ciddi problemlər mövcud idi. Peşəkar zabit kadrların çatışmamazlığı, ordunun döyüş qabiliyyətini təyin edən əsas açar vəzifələrə ordu ilə əlaqəsi olmayan mülki vətəndaşların təyin edilməsi, azsaylı təcrübəli kadrlardan qeyri rasional istifadə edilməsi, torpaqların müdafiəsi yalnız pərakəndə fəaliyyət göstərən könüllü dəstələrin və yerli polis bölmələrinin ümidinə qalması mənfi nəticələrə səbəb olurdu.

1992-ci ilə qədər Ermənistandakı öz doğma yurdlarından zorla qovulan 250 min nəfər azərbaycanlı ölkəmizə pənah gətirdi. Eyni zamanda, 1990-cı ildə Orta Asiyadan didərgin salınan 50 min nəfərədək Axısxa türkü də Azərbaycanda sığınacaq tapdı.

Ermənistan silahlı qüvvələri tərəfindən 1988-ci ildən başlayaraq Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağın azərbaycanlılar yaşayan 126 yaşayış məntəqəsindən vətəndaşlarımızın zorla çıxarılması planı həyata keçirildi.

1992-ci il fevralın 26-da XX əsrin ən faciəli hadisələrindən biri törədildi - Dağlıq Qarabağda 6000 nəfər azərbaycanlının yaşadığı Xocalı şəhəri Rusiyanın 366-cı alayının köməyi ilə Ermənistan silahlı qüvvələri tərəfindən bir gecədə darmadağın edildi.

Şuşa şəhəri 1992-ci il mayın 8-də, Laçın rayonu may 18-də, Xocavənd rayonu isə 1992-ci il oktyabrın 2-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildi. Təbii ki, müharibə şəraitində yaradılan Azərbaycan Ordusu bütün bu təhlükələrə qarşı adekvat tədbirlər görməkdə çətinlik çəkirdi.

Nəhayət Milli Ordumuz 1992-ci il iyun hücum əməliyyatları keçirdi, müəyyən ərazilə azad edilsə də işğal altında olan rayonların heç biri tam azad edilmədi. Növbəti hücum kompaniyasına sentyabr ayında başlayan orudmuz Ağdərə-Kəlbəcər istiqamətindən erməni qoşunlarını Laçın dəhlizinə qədər təmizlədi, Şuşa və Laçın istiqamətində rayon mərkəzlərinin 2-10 kilometrliyinə qədər, Qubadlı istiqamətində Laçın dəhlizinin 3-4 kimetliyinə qədər irəlləyərək Qarabağ müharibəsi tarixində ilk geniş miqyaslı, ildırımsürətli və uğurlu hücum əməliyyatına imza atdı. Digər rayonlardan da keçirilən əməliyyatlar nəticə verirdi. Məsələn Ağdam istiqamətində keçirilən hücumlar 10-a yaxın kəndin azad edilməsi və Ordu birləmələrimizin Əsgəran rayonu ətrafına qədər irəlləməsinə səbəb oldu. Bütün cəbhə boyu zəif təchizata və qeyri-peşəkar heyətə malik Ordumuz təxminən 40 gün ərzində işğal altındakı ərazilərin təxminən 60-70 faizini azad etdi, Ermənistanın Dağlıq Qarabağla əlaqəsini kəsdi və müharibəni məntiqi sonluğa yaxınlaşdırdı. Lakin oktyabrın əvvəllərində hakimiyyətin Bakıda hərbi parad keçirməsi, aidiyyatı olmayan mülki şəxslərin ordu rəhbərliyində təmsil olunması və bir-birilə intriqa aparması bu uğurların əldən verilməsinə səbəb oldu. Nəticədə Laçın koridoru açıldı, nəzarətimizdə olan strateji yüksəkliklər erməni birləşmələri tərəfindən ələ keçirildi və 1993-cü ilin aprelin 2-də Kəlbəcər rayonu işğal edildi. Düşmənin hücum əməliyyatlarını dayanmadan inkişaf edirdi. Ölkədə yaranan siyasi və hərbi böhran vəziyyətinə 1993-cü ilin iyunun 15-də ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə qayıtmasından sonra son qoyuldu.

Heydər Əliyev Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi hərbi sahədə də dirçəlişə nail olmaq üçün ciddi tədbirlər görülməsi üçün aidiyyati üzrə göstərişlər verdi. Təbii ki, cəbhədəki vəziyyəti bir günə, bir aya düzəltmək mümkün deyildi. Digər tərəfdən isə Ağdamın işğalından bir ay sonra erməni işğalçıları Cəbrayıl və Fizuli rayonlarını eyni gündə - avqustun 23-də işğal etdilər. 8 gün sonra, avqustun 31-də Qubadlı rayonu işğal edildi. Zəngilanın işğal edilməməsi üçün Ordumuz 2 ay mübarizə aparsa da, nəticədə oktyabrın 29-da rayon ərazisi işğal olundu. Qarabağdan, ətraf rayonlardan, həmçinin Ermənistanla və ya Dağlıq Qarabağla həmsərhəd olan yaşayış məntəqələrindən 700 min nəfərədək azərbaycanlı öz daimi yaşayış yerlərindən məhrum olaraq məcburi köçkün həyatına alışmaq məcburiyyətində qaldı.

Bütün bunlar təbii ki, ölkə və ordu rəhbərliyini qane edə bilməzdi. Hərbi sahədə islahatlar sürətləndirilməli idi. Çox mürrəkkəb bir şəraitdə nizami Ordunun yaradılmasına başlandı. Bunlardan ən vacibi 1993-cü ilin sonunda yerli özünümüdafiə və könüllü batalyonlar adı altında fəaliyyət göstərən bütün silahlı birləşmələrin ləğv edərək, vahid komandanlıq sistemində təşkil olunan nizami ordunun yaradılması idi. Müdafiə Nazirliyinə, Baş Qərargaha, birlik və hərbi hissə komandirləri vəzifələrinə peşəkar hərbçilər cəlb edildi.

Ali Baş Komandan Heydər Əliyevin ön xəttə səfər edərək döyüşçülərimizlə səngərdə görüşməsi və onları döyüşə ruhlandırması öz real bəhrəsini verdi. Çox keçmədi ki, 1994-cü ilin əvvəllərində Füzuli rayonunun Horadiz qəsəbəsi istiqamətində düşmənə qarşı ikinci uğurlu hücum əməliyyatı həyata keçirildi.

Azərbaycan ordusunun 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə apardığı uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 21000 hektar ərazisini, Horadiz qəsəbəsini və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndini işğaldan azad edildi.

Məhz bu əməliyyat Ermənistana Azərbaycan Ordusunun nəyə qadir olduğunu əyani şəkildə nümayiş etdirdi. 1994-cü il mayın 12-də elan olunan atəşkəsdən sonra nizami, müasir səviyyəli ordunun qurulması prosesinə böyük inamla start verildi.

Milli Ordunun yaradılması günü 1998-ci ilə qədər hər il oktyabrın 9-da qeyd edilsə də, sonradan varislik prinsipi əsas tutularaq ümummilli lider Heydər Əliyevin 22 may 1998-ci il tarixli sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr günü kimi təsbit edildi.

Müstəqillik illəri ərzində Ordu quruculuğunun əsas tərkib hissəsi olan hərbi təhsil, ixtisaslı hərbi kadrların hazırlanması prosesinə ciddi diqqət yetirldi. Əsası Naxçıvanski adına hərbi liseylə qoyulan hərbi təhsil müəssisələrimizin sayı nüfuzlu ali hərbi təhsil ocaqları hesabına daha da genişləndi. 1997-ci ildə BAÜKM bazasında Azərbaycan Ali Hərbi Məktəbi yaradıldı. Heydər Əliyev hərbi təhsil sisteminin daha da inkişaf etdirilməsi məqsədi ilə 1999-cu il yanvarın 20-də Hərbi Akademiyanın yaradılması haqqında fərman imzaladı. Prezidentin 20 avqust 2001-ci il tarixli fərmanı ilə Silahlı Qüvvələr üçün kadr hazırlığının təkmilləşdirilməsi məqsədilə Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzi təşkil edildi.

Müdafiə Nazirliyi sistemində fəaliyyət göstərən Azərbaycan Hərbi Dənizçilik Məktəbi və Azərbaycan Ali Hərbi Təyyarəçilik Məktəbinin də ölkəmizin müdafiə qüdrətinin artırılmasında xüsusi rolu var. Yüksək kadr potensialı və geniş maddi-texniki bazası olan yerli hərbi məktəblərlə yanaşı, hərbçilərimiz bir sıra vacib hərbi ixtisaslar üzrə təhsil almaq üçün Türkiyəyə, Rusiyaya, Ukraynaya, Pakistana, Çinə və digər ölkələrə göndərildi. Eyni zamanda Azərbaycan hərbçiləri NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan müxtəlif ixtisasartırma və təlim kurslarında da yaxından iştirak edirlər. Azərbaycanın NATO ilə əlaqələri artıq “Fərdi Tərəfdaşlığın Fəaliyyət Planı” çərçivəsində inkişaf edir. Bu isə ölkəmizdə ordu quruculuğu prosesində növbəti nailiyyətlərin qazanılması üçün möhkəm təməl deməkdir.

Müstəqillik illəri ərzində, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan daha sürətlə və yüksək səviyyədə aparılan ordu quruculuğu işini davam etdirdi. Bu gün Azərbaycan regionda ən güclü orduya malik olan dövlətə çevrilib. Bunu 2016-cı ilin aprel hadisələri də, 2018-ci ilin Günnüt hadisələri də sübut etdi.

Müstəqillik qazanandan sonra müasir Azərbaycanı xarakterizə edən əsas amillərdən biri də sabitlik, dinamik iqtisadi inkişafla yanaşı, güclü ordu quruculuğudur. Son illər ölkəmizin iqtisadi qüdrətinin artması sosial məsələlərin həllinə və milli ordumuzun möhkəmlənməsinə geniş imkan yaradıb. Dövlət büdcəsindən hərbi sahəyə ayrılan xərclərin dəfələrlə artırılması ordumuzun bütün istiqamətlər üzrə potensialının yüksək səviyyəyə çatdırılmasına yol açıb. Hərbi xərclər dedikdə Silahlı Qüvvələrin, Dövlət Sərhəd Xidmətinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Sənayesi Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, DİN Daxili Qoşunlarının, Xüsusi Dövlət Mühafizə Xidmətinin, Dövlət Feldyeger Xidmətinin saxlanılması xərcləri, xüsusi müdafiə təyinatlı layihələr və tədbirlər üzrə xərclər nəzərdə tutulur. 2003-cü ildə cəmi 135 milyon olan hərbi büdcəmiz 2010-cu ildə 2 milyard 150 milyon dollara, 2010-cu ildə 3 milyard 300 milyon dollara, 2014-cu ildə 3 milyard 700 milyon dollara, 2015-cu ildə rekord 5 milyard dollara, 2016-cu ildə 2 milyard 642 milyon manata (ilin ortasındakı dollar məzənnəsini nəzərə alsaq 1 milyard 554 milyon dollara bərabər olur), 2017-cu ildə təxminən 1 milyard dollara, 2018-ci ilin müdafiə xərcləri üçün 1.6 milyard dollara bərabər olub.

Azərbaycan hərbi büdcəsi, ordumuzu ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz etməyə imkan verir. Azərbaycanın gəlirlərinin artması ilə yanaşı, Silahlı Qüvvələrin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesi həyata keçirilir. Bu, militarizasiya siyasəti deyil və Azərbaycanın üzləşdiyi milli təhlükəsizlik problemləri, regionu əhatə edən rikslər, Ermənistan tərəfindən edilən hərbi təcavüz nəticəsində ölkənin ərazi bütövlüyünün və suverenliyinin pozulması, torpaqlarının 20 faizə yaxınının 25 ildən artıqdır işğal altında olması və Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yoluyla həllinə yönələn vasitəçilik səylərinin nəticə verməməsi ilə bağlı atılan məcburi addımdır.

Azərbaycanın öz hərbi xərclərini yüksək səviyyədə saxlamasını zəruri edən başlıca səbəblərdən biri də Silahlı Qüvvələrin sərəncamında olan Sovet istehsalı, köhnələn hərbi texnikanı yeniləmək, onu ən yeni texnologiyalar əsasında hazırlanan müasir döyüş vasitələri ilə təchiz etmək, habelə silahlı qüvvələrin şəxsi heyətinin sosial vəziyyətini yaxşılaşdırmaq və hərbi tədrisdə yeni metodikanı tətbiq etmək zərurətidir. Ordumuz hərbi-texniki sahədə sıx tərəfdaşlıq etdiyi ölkələrdən yeni silah sistemləri və döyüş vasitələri əldə edir. Bu zaman Hərbi Hava Qüvvələrinin, Quru Qoşunlarının, Sərhəd Qoşunlarının, Hava Hücumundan Müdafiə qoşunlarının döyüş qabiliyyətinin artırılması ilə bağlı ehtiyaclar əsas götürülür. Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən asılı olmamaq üçün milli hərbi sənayesini də formalaşdırır və birgə istehsal müəssisələri də yaradılır. 2005-ci ildə yaradılan Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində hazırda yüzlərlə adda hərbi təyinatlı məhsul istehsal və ixrac edilir.

İşğal və müharibə vəziyyətinin davam etdiyini nəzərə alan Azərbaycan Ordusu təmamilə haqlı olaraq öz gücünü, hərbi kadrların peşəkarlıq səviyyəsini durmadan artırır, hərbi qüdrətini yüksəldir. Çünki 26 ildir ki, işğal altında olan, talan edilən ərazilərimizin Ermənistanın işğalından azad edilməsi Milli Ordumuzun ən vacib vəzifəsidir.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Azərbaycan-ordusu   Müstəqillik  

Müstəqil Azərbaycan və Ordu quruculuğu

2018/10/maxre-9239197782.jpg
Oxunub: 1284     16:32     18 Oktyabr 2018    