Türkiyə yeni tank əleyhinə silah sistemi təkmilləşdirib

2018/10/fnss--1539860990.jpg
Oxunub: 382     15:15     18 Oktyabr 2018    
“Nurol Holding” və “BAE Systems”in birgə təşəbbüsü olan FNSS yeni tank əleyhinə sistemi sınaqdan keçirib.

Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, bu barədə FNSS-in icraçı direktoru Nail Kurt danışıb.

Onun sözlərinə görə, Silah Daşıyıcı Vasitə (STA – Silah Taşıyıcı Araç) çərçivəsində yeni tank əleyhinə raket atıcısı zirehli vasitənin qülləsinə yerləşdirilib.

Bu addım Türkiyə Quru Qoşunlarının silahlanmasında olan yerli və xarici istehsal tank əleyhinə raketlərin döyüş effektivliyini artıracaq. Kurt bildirib ki, kompaniya eyni zamanda bu sistemi ASELSAN-ın görmə sistemi və Rusiyanın “Kornet-E” raketi üçün nəzərdə tutulmuş interfeysilə təkmilləşdirib.

Qeyd edək ki, tam adı “FNSS Savunma Sistemleri A.Ş.” olan firmanın səhmlərinin 51%-i Türkiyənin “Nurol Holding”, 49%-i isə Britaniyanın “BAE Systems” firmasına məxsusdur.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər: FNSS   Türkiyə  

Türkiyə yeni tank əleyhinə silah sistemi təkmilləşdirib

2018/10/fnss--1539860990.jpg
Oxunub: 383     15:15     18 Oktyabr 2018    