Hindistan və Çin birgə hərbi təlimləri bərpa edirlər

2018/10/1657a-1539858516.jpg
Oxunub: 193     14:25     18 Oktyabr 2018    
Hindistan və Çin orduları ənənəvi illik birgə hərbi təlimlər “Əl-Ələ”ni (Hand in Hand) bu ildən yenidən başladacaq.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Hindistan ordusuna yaxın mənbə bildirib.

Məlumata görə, dekabrda keçiriləcək builki təlimlər Çində baş tutacaq. Sonuncu dəfə təlim 2016-cı ildə Hindistanın Pune bölgəsində təşkil olunub.

Ötən ilki təlim isə əvvəlcədən planlaşdırılsa da, sonradan Doklamda baş vermiş 73 günlük gərginlikdən dolayı ləğv edildi.

Bu ilin avqustunda Çin Müdafiə naziri Vey Fenqe Hindistana səfər edərək müdafiə əməkdaşlığı ilə bağlı yeni ikitərəfli pakta imza atıb. Eyni zamanda tərəflər öz orduları arasında rabitəni gücləndirəcək tədbirlərin görülməsinə də razılaşıblar.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər: Hindistan   Çin  

Hindistan və Çin birgə hərbi təlimləri bərpa edirlər

2018/10/1657a-1539858516.jpg
Oxunub: 194     14:25     18 Oktyabr 2018    