Azərbaycan NATO-nun Türkiyədəki təlimlərində iştirak edir

2018/10/1-1539853316.jpg
Oxunub: 438     13:01     18 Oktyabr 2018    
Azərbaycan Silahlı Qüvvələrinin hərbçiləri Türkiyənin ev sahibliyində təşkil edilən “Nusret-2018” hərbi təlimlərində iştirak edir.

Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələri məlumat yayıb.

Məlumatda deyilir ki, təlimdə Türkiyə Hərbi Dəniz Qüvvələrinə aid dəniz və hava bölmələri ilə yanaşı, NATO Daimi Mina Əleyhinə Tədbirlər Tapşırıq Qurupu-2 bölməsi və Rumıniya ilə Yunanıstan da qatılır.

Eyni zamanda təlimə ABŞ, Azərbaycan, Bəhreyn, Bolqarıstan, Gürcüstan, Qətər, Küveyt, Pakistan, Rumıniya, Cənubi Koreya və Səudiyyə Ərəbistandan hərbçilər qoşulub.

Təlim çərçivəsində mina müharibəsinin planlaşdırılması, icrası və qiymətləndirmə sahələri üzrə tədbirlər icra edilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Türkiyə-Azərbaycan   Təlim  

Azərbaycan NATO-nun Türkiyədəki təlimlərində iştirak edir

2018/10/1-1539853316.jpg
Oxunub: 439     13:01     18 Oktyabr 2018    