Ukrayna HHQ Su-27 qəzasında ABŞ əsgərinin öldüyünü təsdiqləyib

2018/10/p_546-1539851122.jpg
Oxunub: 185     12:32     18 Oktyabr 2018    
Ukrayna Hərbi Hava Qüvvələri iki gün öncə baş vermiş qəza nəticəsində ölənlərdən birinin ABŞ hərbçisi olduğunu təsdiqləyib.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna HHQ Komandanlığının rəsmi “Facebook” hesabında qeyd edilib.

“Ekipajın komandiri İvan Patenko idi. Ekipaj üzvü isə ABŞ Hava Milli Qvardiyasının hərbi qulluqçusudur”, - deyə bəyanatda göstərilib.

Xatırladaq ki, oktyabrın 16-da NATO ilə Ukraynanın birgə təşkil etdiyi “Açıq Səma 2018” hərbi təlimləri zamanı havaya qalxan Su-27 təyyarəsi qəzaya uğrayaraq yerə çırpıldıqdan sonra onun hər iki pilotu həlak olub.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Ukrayna   Su-27  

Ukrayna HHQ Su-27 qəzasında ABŞ əsgərinin öldüyünü təsdiqləyib

2018/10/p_546-1539851122.jpg
Oxunub: 186     12:32     18 Oktyabr 2018    