Ermənistanda ikinci "Sasna Tsrer" hadisəsi yaşana bilər

2018/10/87379-1539848773.jpg
Oxunub: 421     11:45     18 Oktyabr 2018    
"Onlarla əməkdaş bu sistemi tərk edərək, müqavilələrini pozublar"

Ermənistan rəhbərliyinin Azərbaycanın işğal etdikləri ərazilərdə və Azərbaycanla sərhədlərdə polis postları qurmasından sonra, bu orqanda çalışan insanlar öz narazılıqlarını ifadə etməyə başlayıblar. Belə ki, Serj Sərkisyan dönəmində İrəvanda rahat şəkildə fəaliyyət göstərən, eləcə də qazanc baxımından münbit həyat tərzi sürən polislər Nikol Paşinyanın bu qərarına qarşı öz etirazlarını bildirməkdədirlər. Hətta son vaxtlar hüquq-mühafizə orqanlarının sıralarını tərk edənlərin sayı durmadan artmağa başlayıb. Artıq, bununla bağlı dövlətin müvafiq qurumlarında hüquq-mühafizə orqanları əməkdaşlarının kəskin azalması problemi müzakirələrə çıxarılır, bunun nəticəsinin heç də yaxşı olmayacağı barədə fikirlər səsləndirilir.

"Polislər kifayət qədər təhlükəli ərazilərdə xidmət aparırlar"

Sözügedən mövzuya Ermənistanın “Hraparak” qəzeti toxunub. Erməni nəşrinin yazdığına görə, polisin daxili qoşunlarında narazılıqlar get-gedə artır. “Köhnə Ermənistanda yumşaq şəraitdə işləmiş polislər yeni şəraitə uyğunlaşa bilmirlər”, - deyə yazan qəzet əlavə edir ki, işğal olunmuş ərazilərimizdə polis xidmətinin aparılması ilə bağlı qərar Paşinyan tərəfindən hələ avqust ayında verilmişdi. Belə ki, onlar növbəli şəkildə 15 günlük təmas xətlərinə göndərilirlər. “Bununla yanaşı, polislər kifayət qədər təhlükəli ərazilərdə xidmət aparırlar”, - deyə “Hraparak” qeyd edir. Bu arada, Ermənistanın daxili işlər nazirliyi hüquq-mühafizə orqanlarından kütləvi istefaların baş alıb-getməsi gerçəkliyini gizlədir.

"Onlar aldıqları məvacibin çox az olduğunu və bunun müqabilində həyatlarını təhlükəyə atmaq istəmədiklərini deyirlər"

Fakt budur ki, polis əməkdaşları öz kəskin narazılıqlarını ifadə edirlər. Adıçəkilən erməni nəşri polislərin etiraz fikirlərini ictimailəşdirib: “Bizə belə bir məlumatlar çatır ki, onlarla əməkdaş bu sistemi tərk edərək, müqavilələrini pozublar. Onlar bu xidmətlərinə görə, ayda 32 min dram (təxminən, 65 ABŞ dolları-red.) əlavə məvacibin çox az olduğunu və bunun müqabilində həyatlarını təhlükəyə atmaq istəmədiklərini deyirlər”.

Görünən isə budur ki, artıq erməni polisinin də Paşinyana olan ümidləri itib və bu reallıq onun dekabrda keçirmək iddiasında olduğu növbədənkənar parlament seçkilərinə çox mənfi təsir göstərəcək. Çünki narazı xalq kütləsi ilə yanaşı, hüquq-mühafizə orqanlarının da etirazları bu cür qənaətə gəlməyə zəmin yaradır. Hətta belə davam edəsə, İrəvanda ikinci “Sasna Tsrer” hadisələrinin də yaşanması ehtimalını yüksək dəyərləndirirəm.

Ehtiram Aşırlı
Ordu.az

Teqlər: Sasna-Tsrer   Ermənistan  

Ermənistanda ikinci "Sasna Tsrer" hadisəsi yaşana bilər

2018/10/87379-1539848773.jpg
Oxunub: 422     11:45     18 Oktyabr 2018    