Rusiya Azov dənizində iki hərbi gəmi yerləşdirib

2018/10/f_ZC5-1539846501.jpg
Oxunub: 220     11:10     18 Oktyabr 2018    
Suüstü qüvvələrin sayını artırmaq məqsədilə Rusiya Azov dənizinə iki hərbi gəmi göndərib.

Ordu.az xəbər verir ki, bu barədə “Ukrainian Military Portal” məlumat yayıb.

Məlumatda göstərilir ki, yerləşdirilən gəmilər Rusiya Sahil Mühafizə qüvvələrinə məxsus “Svetlyak” sinifli “Syktyvkar” və “Kizlyar” patrul qayıqlarıdır.

Onlar oktyabrın 10-da Nijni Novqorod yaxınlığında Çeboksari sularında görülüblər. Hər iki gəminin oktyabrın 20-də Azov dənizinə çatması gözlənilir.

Bu gəmilər Sankt Petersburqda “Almaz” fabrikində inşa edilib. Eyni layihə çərçivəsində istehsal edilmələrinə baxmayaraq müxtəlif silahlanmaya malikdirlər.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Rusiya   Azov-dənizi  

Rusiya Azov dənizində iki hərbi gəmi yerləşdirib

2018/10/f_ZC5-1539846501.jpg
Oxunub: 221     11:10     18 Oktyabr 2018    