Böyük hərbi xərclər ABŞ-ın büdcə kəsrini artırır

2018/10/10380-1539783484.jpg
Oxunub: 548     21:36     17 Oktyabr 2018    
ABŞ hökuməti 2018-ci maliyyə ilində topladığı vergilərdən 779 milyard dollar artıq vəsait xərcləyib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ-ın Xəzinə Nazirliyi məlumat yayıb.

Ölkənin İdarəetmə və Büdcə İdarəsi ilə birlikdə hazırlanan hesabatda qeyd edilib ki, adətən iqtisadiyyatın çiçəklənməsi dövründə büdcə kəsri azalmalı olsa da, ABŞ-da geridə qalan maliyyə ilində bunun əksi müşahidə edilib.

Üstəlik son ildəki büdcə kəsri böyümə dərəcəsinə görə əvvəlki altı ili geridə qoyub. Bildirilir ki, buna səbəb iki əsas faktor var. Bunlardan biri Trampın vergi yükünün azaldılması istiqamətində həyata keçirdiyi siyasətdirsə, digəri nəhəng hərbi xərclərdir.

Qeyd edək ki, ABŞ konqresi avqust ayında təsdiqlədiyi yeni Milli Müdafiə Səlahiyyət Qanununda növbəti maliyyə ili ərzində ABŞ hökumətinə 717 milyard dollarlıq müdafiə büdcəsi ayrılmasını təsdiqləyib.

Ağalar Ağalarlı
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Teqlər: ABŞ   Hərbi-xərclər  

Böyük hərbi xərclər ABŞ-ın büdcə kəsrini artırır

2018/10/10380-1539783484.jpg
Oxunub: 549     21:36     17 Oktyabr 2018    