NATO-nun kiber komandanlığı 2023-cü ildə tam fəaliyyətə başlayacaq

2018/10/342_1-1539782747.jpg
Oxunub: 263     19:24     17 Oktyabr 2018    
NATO-nun kiber hücumlara qarşı formalaşdırılmaqda olan yeni hərbi komandanlıq mərkəzi 2023-cü ildə tam əməliyyat qabiliyyəti əldə edəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu komandanlığa rəhbərlik edəcək general-mayor Volfqanq Renner danışıb.

NATO-nun özünə məxsus kiber silahları olmasa da, bu il avqustun 31-də alyans Belçikadakı mənzil-qərargahında bu sahə üzrə əməliyyatlar mərkəzi fomalaşdırdı. Həmin vaxtdan etibarən ABŞ, Britaniya, Estoniya və digər müttəfiq qüvvələr alyans üçün öz təcrübələrini təklif edib.

Renner kiber məkanın daim böyüməkdə olan təhdid altında olduğunu və NATO-nun buna qarşı hazırlığını gücləndirməli olduğunu bildirib. Onun sözlərinə görə, yeni komandanlığın məqsədi alyansın öz kiberfəzasından xəbərdarlıq imkanlarını yaxşılaşdırmaqdır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Kiber-komandanlıq  

NATO-nun kiber komandanlığı 2023-cü ildə tam fəaliyyətə başlayacaq

2018/10/342_1-1539782747.jpg
Oxunub: 264     19:24     17 Oktyabr 2018    