Pakistan donanması milli gəmi istifadəyə verib

2018/10/18274-1539782574.jpg
Oxunub: 337     18:21     17 Oktyabr 2018    
Pakistan donanması yerli istehsal edilmiş “PNS Muavin” gəmisini silahlanmasına əlavə edib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, gəminin istifadəyə verilmə mərasiminə ölkə prezidenti Arif Alvi, donanmanın rəhbəri admiral Zəfər Mahmud Abbasi qatılıb.

“Karachi Shipyard&Engineering Works” tərsanəsində Türkiyənin “Savunma Teknolojileri Mühendislik” (STM) firması ilə birlikdə istehsal edilmiş döyüş gəmisinin yükgötürmə qabiliyyəti 17 min tondur.

Adı çəkilən tərsanədə tikilən ən böyük gəmi kimi “PNS Muavin” göyərtəsinə iki helikopteri qəbul edə bilir. O, axtarış və xilasetmə, logistik dəstək, hərbi karqo əməliyyatlarında faydalı olacaq.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: PNSMuavin   Pakistan  

Pakistan donanması milli gəmi istifadəyə verib

2018/10/18274-1539782574.jpg
Oxunub: 338     18:21     17 Oktyabr 2018    