Arktik regionda xarici ölkələrin hərbi fəaliyyəti - ARAŞDIRMA (FOTOLAR)

2018/10/7-7698436570.jpg
Oxunub: 1548     14:43     16 Oktyabr 2018    
Arktika regionu Avrasiya və Şimali Amerika qitələrinin şimal hissəsini, Şimal Buzlu okeanın bəzi adalarını, Atlantik və Sakit okeanın bir hissəsini əhatə edir. Arktikanın torpaq sahəsinin sərhədləri, 10° C (5° C - dənizdə) iyul termperaturuna malik tundra bölgəsinin cənub sərhədləri ilə üst-üstə düşür. Ümumi sahəsi 27 milyon km2 təşkil edir. Bəzən bölgənin cənub sərhədi kimi Şimali Qütb dairəsini qəbul edirlər. Bu vəziyyətdə, sahə 21 milyon km2 qədər azalır.

Hazırkı geosiyasi şəraitdə, Arktika, karbohidrogen və xammal yataqları, bioresurs ehtiyatları, strateji cəhətdən əhəmiyyətli dəniz və hava kommunikasiyaları ilə xarici ölkələr tərəfindən milli iqtisadi və hərbi potensialın artırılması üçün perspektivli bir mənbə kimi dəyərləndirilir.

Arktika bölgəsinin sərhədləri

Qütb bölgəsinin mənimsənilməsində ölkələrin geosiyasi maraqları baxımından iqlim dəyişikliyi ilə əlaqədar əhəmiyyətli dəyişikliklər baş verir. Beləliklə, 1970-ci illərdən etibarən, elm adamları regionda buz qalınlığının davamlı olaraq azaldığını qeyd edirlər.

Nəticədə mineral ehtiyatları ilə zəngin Arktika şelfi, layihələrin inkişafı üçün daha da əlçatan olur.

Bölgənin geniş nəqliyyat imkanlarını da unutmamalıyıq. Buradakı əsas rolu, Süveyş Kanalı vasitəsilə Avropa və Asiya arasındakı ənənəvi marşrutun yarısı qədər məsafəyə malik Şimali Dəniz Yolu oynayır. Buzların əriməsi və marşrutun il boyu istismar edilməsi nəticəsində Şimali Dəniz Yolu beynəlxalq əhəmiyyətə malik maqistrala çevrilə bilər.

Arktika sularına birbaşa çıxışı olan və bu ərazilərə nəzarət etmək istəyən ölkələrlə (Rusiya, ABŞ, Kanada, Danimarka, Norveç, İslandiya) bərabər bəzi ölkələr də (Çin, İsveç, Finlandiya və Böyük Britaniya) bölgənin resurslarına müxtəlif səviyyələrdə iddia etdiklərini bəyan edirlər. Şimali Atlantika və Avropa İttifaqı da bölgəyə ciddi maraq göstərir.

Arktikada dövlətlərarası münasibətləri nizamlamaq üçün Arktika Şurası, Barens/Avro-Arktik region Şurası, Şimal Ölkələrinin Nazirlər Şurası kimi müxtəlif tərkib və profillər üzrə ixtisaslaşmış qurumlar yaradılıb. Bunların arasında regionun inkişaf istiqamətləri üzrə təkliflər hazırlayan və ətraf mühitin mühafizəsi proseslərini tənzimləyən ən yüksək beynəlxalq orqan Arktika Şurası hesab edilir. Şuranın daimi üzvləri Danimarka, İslandiya, Kanada, Norveç, Rusiya, ABŞ, İsveç və Finlandiyadır.

Avropa Birliyinin rəhbərliyi, Arktika strategiyasına uyğun olaraq, təşkilata üzv şimal dövlətlərinin bölgənin təbii sərvətlərinə və nəqliyyat dəhlizlərinə "ədalətli" şəkildə çıxış əldə etmələrinin tərəfdarıdır.

Arktik Şurada daimi müşahidəçi statusuna sahib olmaq istəyən Aİ, Brüsselin maraqlarına uyğun olan Arktikada yeni beynəlxalq razılaşmaların əldə olunmasına hazırlaşmağa çalışır.

Hal-hazırda avropalıların əsas səyləri:

- Elmi tədqiqatların miqyasını artırmağa;
- Arktika ölkələri ilə enerji resurslarının kəşfiyyatı, istehsalı və nəqli sahəsində əməkdaşlığın genişləndirilməsinə;
- Ətraf mühitin qorunması tədbirlərinin həyata keçirilməsinə;
- Şimal Qütbündə iqtisadi fəaliyyətin yeni növlərini təşkil etmək üçün imkanlar araşdırılmasına yönəlib.

Bu bölgədəki hərbi mövcudluğunu əhəmiyyətli dərəcədə artırmaq üçün resursları məhdud olan NATO, kəşfiyyat imkanlarının artırılmasına, Birləşmiş Silahlı Qüvvələrə (BSQ) aid kontingentlərinin yerləşdirilməsi üçün şəraitin yaradılmasına, həmçinin bölgədə əməliyyat və döyüş hazırlığının intensivliyinin artırılmasına xüsusi diqqət yetirir.

Hər il BSQ regionda müxtəlif miqyaslı 30-dan çox tədbir həyata keçirir. Bunların ən böyüyü bu ilin fevral və mart aylarında Şimali Norveç ərazisində, hava sərhədində və dəniz sularında keçirilən "Cold Response" çoxmillətli təlimləri olub. Bu təlimin əsas məqsədi böhran vəziyyətlərindəki əməliyyatlar zamanı, ekstremal şimal şəraitində qoşunların (qüvvələrin) interspesifik qruplaşmasının birgə istifadəsi planlarını sınaqdan keçirmək, tətbiq etmək və təkmilləşdirməkdən ibarət idi. Təxminən 16 min hərbçinin cəlb edildiyi təlimlərdə NATO-nun və tərəfdaş ölkələrin qərargahlarının əməliyyat qrupları, hissə və birləşmələri, təyyarələri və helikopterləri, döyüş gəmiləri, sualtı qayıqları və köməkçi gəmiləri iştirak edib.

Hazırda NATO-ya üzv dövlətlərin Arktikada heç bir daimi qoşun qruplaşması yoxdur. Lakin Şimal Qütbündəki daimi və müvəqqəti yerləşmə yerlərindəki hava bazalarında və hərbi şəhərciklərdə, ABŞ, Danimarka və Norveçin Hərbi Hava Qüvvələrinin eskadrilyaları və Quru Qoşunlarının şəxsi heyəti yerləşir.

Yaxın gələcəkdə ABŞ Arktikada daim yerləşdiriləcək və döyüş əməliyyatları aparmaq üçün nəzərdə tutulan xüsusi birləşmələr yaratmağı planlaşdırmır. ABŞ-ın Şimal Qütbündəki əsas məqsədləri aşağıdakılardır:

- Suverenlik, dövlət sərhədlərinin və ABŞ ərazisinin qütbdə qorunması;
- Mövcud olan modernləşdirmə və perspektivli texniki vasitələrin tətbiqi ilə dənizdən, havadan və yerdən nəzarət sisteminin təkmilləşdirilməsi;
- Regionda naviqasiya və aviasiya təminatının təmin edilməsi.

Bundan əlavə, Arktikada infrastrukturun silahlı qüvvələrin hazırkı və gələcək ehtiyaclarına uyğunluğunu müəyyənləşdirmək üçün hərtərəfli qiymətləndirilməsinə böyük diqqət yetirilir.

Arktikada yüksək texnologiyalı monitorinq sisteminin yaradılması üzrə işlərin aktuallığı, həm də kifayət qədər geniş kosmik vasitələrə malik ABŞ Silahlı Qüvvələrinin hərbi imkanları yeni əməliyyat teatrında bütün sahələrdəki vəziyyətə tam nəzarət etməyə imkan vermir. Bütün bunları nəzərə alan Pentaqon əsas səylərini geniş sensor şəbəkəsinin, xüsusi okean buylarının (şamandraların), pilotsuz sualtı və hava vasitələrinin, sahil stansiyaları şəbəkəsindən ibarət vəziyyətə nəzarət sisteminin yaradılmasına yönəldib.

Bölgədəki xarici dövlətlərin fəaliyyəti haqqında operativ məlumat əldə etmək üçün, Birləşmiş Ştatlar Sahil Təhlükəsizlik Qüvvələrindən, sualtı donanma da daxil olmaqla HDQ-dən, eləcə də Müdafiə Nazirliyinin hava kosmok kəşfiyyatı idarəsinin süni peyk qruplaşmasından aktiv şəkildə istifadə edir.

Hazırda ABŞ Sahil Mühafizəsinin Arktikadakı daimi qüvvələrinin tərkibinə iki buzqıran gəmi daxildir. Bunlardan biri 1976-cı ildə hazırlanan və 2012-ci ildə əsaslı təmirdən sonra istismar müddəti 2022-ci ilə qədər üzadılan ağır "Polar Star" gəmisi, digəri isə 2000-ci ildə hazırlanan orta "Healy" gəmisidir. Arktik Okeanın mənimsənilməsi potensialını artırmaq üçün ABŞ rəhbərliyi, ağır buzqıran gəminin istismara verilməsini və bu tip digər gəmilərinin alınması müddətini 2022-ci ildən 2020-ci ilə qədər geri çəkməyi planlaşdırır. 2030-cu ilədək Sahil Mühafizəsinin Arktikadakı müntəzəm qüvvələrinin tərkibində ona qədər fərqli buzqıran gəminin yerləşdirilməsi planlaşdırılır.

Bundan əlavə, Berinq Boğazı rayonunda mənfi hava şəratində gəmilərin sığınması üçün Alyaskadakı Klarens limanını təkmilləşdirmək, Alyaskanın Nom yaşayış məntəqəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin döyüş və köməkçi gəmiləri üçün baza və Arktika dərin dəniz yük limanının tikintisini sürətləndirməyi planlaşdırılır. Alyaskanın şimal və qərb sahillərində, dəniz səviyyəsinin monitorinqi və peyk naviqasiya siqnallarına düzəlişlərin verilməsi, həmçinin gəmilərin avtomatik identifikasiyası üçün sahil stansiyalarının təkmilləşdirilməsi üçün müxtəlif stansiyaların yerləşdirilməsi planlaşdırılır.

Operativ və döyüş hazırlığını təşkil edərkən ABŞ Silahlı Qüvvələrinin Komandanlığı sərt Şimalda əməliyyatlar üçün xüsusi bölmələrin hazırlanmasına xüsusi diqqət yetirir. Bu tədbilərin ən əhəmiyyətlisi ən azı ildə iki dəfə ABŞ Hərbi Hava Qüvvələri və müttəfiqləri tərəfindən həyata keçirilən "Red Flag-Alaska" (Qırmızı Bayraq - Alyaska) təlimləridir. Təlimlərdə müttəfiqlərin aviasiya bölmələri müxtəlif hava əməliyyatları zamanı birgə fəaliyyət göstərir. Ümumilikdə təlimlərə təxminən 1.2 min hərbi personal və 100-ə qədər aviasiya vasitəsi cəlb edilir.

Kanadanın xarici siyasət strategiyasında Arktikada milli maraqların təmin edilməsi xüsusi yer tutur. Ölkənin bu sahədə fəaliyyəti, dövlət siyasətinin həyata keçirilməsinin əsas mexanizmi hesab olunur.

Arktikada hərbi iştirakın gücləndirilməsi üçün Ottava bir sıra praktiki addımlar atmaq niyyətindədir:

- Arktik regionda kosmik aparatları, və pilotsuz hava vasitələrini və aviasiyanı cəlb etməklə yerüstü və suüstü səthə nəzarətin, müşahidənin və kəşfiyyatın vahid bir kompleksini yaratmaq;
- Milli silahlı qüvvələrin bölmələrinin fəaliyyətinin təchizatı üçün ölkənin şimal-qərb hissəsində anbarlar şəbəkəsi yerləşdirmək.

Hazırda Kanada Sahil Mühafizəsinin silahlanmasında altı buzqıran gəmi mövcuddur. Hökumət 2022-ci ilədək milli dəniz qüvvələrini beş ədəd buz mühafizəsi gücləndirilən "Harry Devulf" tipli patrul gəmiləri ilə təchiz etməyi planlaşdırır. 2015-ci ildə bu barədə Müdafiə Nazirliyi və Kanadanın "Irving Shipbuilding" gəmiqayırma şirkəti arasında satınalma müqaviləsi imzalanıb. Əsas gəminin inşası 2016-cı ilin iyun ayında başlayıb. Çatdırılma 2018-ci ilin ortalarında planlaşdırılır. Gəmi 1 m qalınlığında buzu 5.5 km/saat sürətlə keçə biləcək. Arktika sularında gəmi dörd ay avtonom fəaliyyət göstərə biləcək.

Gəminin avadanlıqları siyahısına sağ və sol tərəflərdə yerləşdirilən dörd ədəd sürət kateri də daxildir.

Dəniz kəşfiyyatının aparılması, axtarış xilasetmə əməliyyatları və ümumi nəqliyyat vəzifələrini yerinə yetirmək üçün göyərtənin arxa hissəsində qayıq əleyhinə 2 ədəd torpeda ilə silahlanan CH-148 helikopteri yerləşdirilib.

Bundan əlavə, 2021-ci ildən sonra təxminən 100 ədəd skuterin, müxtəlif avadanlıqların alınmasını, həmçinin iki ədəd kosmik rabitə stansiyasının inşa edilməsi gözlənilir. Bu layihələrin maliyyələşdirilməsi Müdafiə Nazirliyinin büdcəsi hesabına gerçəkləşdiriləcək.

Kanadalı ekspertlər hesab edirlər ki, qlobal istiləşmə və buz örtüyünün tədricən azalması nəticəsində, 2045-ci ildə silahlı qüvvələr Arktikada ilin çox böyük hissəsində hərəkət edə biləcəklər.

Danimarka rəhbərliyi Arktika regionunda siyasi, iqtisadi və hərbi resurslarını tam istifadə edərək ölkənin mövqeyinin gücləndirilməsi ilə bağlı problemlərin həllinə böyük diqqət yetirir.

Kopenhagen, Arktika şelfinin bir hissəsinə hüquqların əldə edilməsi, Qrenlandiya adasında hərbi və mülki infrastrukturun yerləşdirilməsi, Arktikadə milli maraqlarının qorunması üçün ölkənin Hərbi Dəniz Qüvvələrindən və NATO müttəfiqlərinin imkanlarından aktiv istifadəni prioritet vəzifələri siyahısına daxil edib.

Beləliklə, 2020-ci ilə qədər olan müddət üçün Danimarkanın Arktika strategiyasına uyğun olaraq, Nuuk qəsəbəsində (Qrenlandiya) Danimarka silahlı qüvvələrinin Arktika komandanlığı yaradılıb və fəaliyyət göstərir.

Qrenlandiya dəniz sahillərində rotasiya əsasında, Danimarka Hərbi Dəniz Donanmasının gəmiləri tərəfindən patrul xidməti həyata keçirilir.

Eyni zamanda, Danimarka rəhbərliyi Arktikada donanmanın imkanlarını genişləndirmək, bölgədə dəniz qüvvələrinin əməliyyat və döyüş təhlükəsizliyini aktivləşdirmək məqsədilə tədbirlər həyata keçirir.

Bu tədbirlərin əsas məqsədi, o cümlədən silahlı qüvvələrin maraqlarında aşağıdakı vəzifələri həll etməyə:

- Arktikada Silahlı Qüvvələrin fəaliyyətinin real vaxtda kompleks şəkildə əməliyyat şəraitini əks etdirən prinsiplərə əsaslanan fəaliyyət konsepsiyasının hazırlanmasına;
- İqlim dəyişikliyinin monitorinqi və qütbdə kəşfiyyat aparılması üçün PUA-lardan istifadənin mümkünlüyünün qiymətləndirilməsinə;
- Vəzifələri Arktikada qüvvə və hərbi texnika bazasının yaradılmasından, məsuliyyət zonasında qoşunların (qüvvələrin) istifadəsi, onların texniki vasitələrinin istismar qaydalarını müəyyən edən təlimat sənədlərinin (təlimatlar, göstərişlər, qaydalar) hazırlamaqdan ibarət operativ qərargahların fəaliyyətinin nizamlanmasına;
- Danimarkanın Aİ-nin "Galileo" peyk naviqasiya sistemi inkişafı layihəsinə və Avropa yer səthinin üstü monitorinq qroqramına qoşulma imkanlarının araşdırılmasına yönəldilib.

Norveç rəhbərliyi, Arktika ətrafı dövlətlər arasında şelfin təbii ehtiyatlarının mənimsənilməsi ilə bağlı ziddiyyətlərin dərinləşəcəyini istisna etmədiyinə görə hərbi inkişaf planlarına düzəlişlər edir və Arktika çevik reaksiya qüvvələrini yaratmağı planlaşdırır, həmçinin Qütbdə yerləşdirilən hərbi bölmələrinin döyüş imkanlarını artırır.

Arktikada əməliyyat şəraitinə nəzarətin gücləndirilməsi məqsədilə Barens və Norveç dənizlərində su akvatoriyası ilə əlaqədar məlumatların toplanılmasına, təhlilinə, emalına və paylanmasına xüsusi diqqət yetirilir. Bu məqsədlə 2016-cı ilin iyul ayından etibarən hidroloji tədqiqatlar, radio və radio-texniki kəşfiyyat aparmaq imkanlarına sahib dördüncü nəsil müasir kəşfiyyat gəmisi "Marjata" hərbi donanmanın tərkibinə daxil edilib.

Norveç Hərbi Hava Qüvvələri Birləşmiş Ştatlar tərəfindən istehsal edilən 50-dən çox F-35A "Lightning-2" çoxməqsədli döyüş təyyarəsini əldə edərək Qütb dairəsinin yaxınlığında yerləşdirmək istəyir. Bundan əlavə ABŞ-dan R-8A "Poseidon" patrul təyyarələrinin alınması da planlaşdırılır.

Eyni zamanda Rusiyanın qitələrarası ballistik raketlərin buraxılışını izləmək istiqamətində öz imkanlarını genişləndirmək məqsədilə Norveç Vardye yaşayış məntəqəsində (Rusiya sərhədindən 60 km) "Globus-2" RLS-ni yerləşdirib.

Ölkənin ərazisində yerləşən ABŞ Dəniz Qüvvələrinin ön ekspedisiya hissələrinin, Böyük Britaniya və Niderlandın Silahlı Qüvvələrinin hərbi texnikalarının təchizatını həyat keçirmək üçün anbarlar fəaliyyət göstərir. Norveç hakimiyyətinin qərarına əsasən, ABŞ dəniz piyadaları da rotasiya əsasında Şimali Norveçdə yerləşdirilib. Bundan əlavə, NATO-nun müxtəlif ölkələrinin komandanlıqları müntəzəm olaraq bu ərazilərdə döyüş təlimləri keçirirlər.

Şimal Buzlu okeanına birbaşa çıxış imkanı olmayan Finlandiya və İsveç də özlərini tam hüquqlu Arktika ölkəsi kimi qələmə verməyə çalışırlar və buradakı hərbi-siyasi vəziyyəti diqqətlə izləyirlər.

Bu ölkələrin rəhbərliyi hesab edir ki, Qütb rayonundakı vəziyyət, hərbi fəaliyyətlərin əhəmiyyətli dərəcədə artmasına baxmayaraq sabitdir və ciddi şəkildə artan gərginlik əlamətləri yoxdur. Helsinki və Stokholm üçün bölgənin inkişafı və mənimsənilməsi siyasi prioritetlərdən biridir. Finlandiya və İsveç, Arktika ilə bağlı milli məsələləri nəzərdən keçirərkən Avropa İttifaqını müstəqil bir tərəf kimi cəlb etmək ideyasını aktiv şəkildə təbliğ edirlər.

Bununla yanaşı, onlar hesab edir ki, texnoloji tərəqqi regionda iqtisadi fəaliyyətin artmasına gətirib çıxaracaq və təbii ehtiyatların bərabər bölünməməsi və mübahisəli ərazi məsələlərinin mövcudluğu Arktika ölkələri arasında qarşıdurmanın artmasına səbəb olacaq. Bu şəraiti nəzərə alan Finlandiya və İsveç liderləri, milli təhlükəsizliyi təmin etmək məqsədilə, Şimali Avropa ölkələrinin "Nordefco" müdafiə əməkdaşlığı formatında hərbi tərəfdaşlığının gücləndirilməsinə böyük əhəmiyyət verirlər. Əsas diqqət Uzaq Şimal bölgələrində patrul xidmətini yerinə yetirən Finlandiya, İsveç və Norveç Hərbi Hava Qüvvələrinin birgə fəaliyyətinə yönəldilir.

Böyük Britaniya Arktikada NATO müttəfiqlərinin (Norveç, Danimarka, Kanada, ABŞ) maraqlarında fəaliyyət göstərir. Xüsusilə, London Arktikanın mineral ehtiyatların birgə beynəlxalq istifadəsi ilə bağlı ABŞ mövqeyini, həmçinin Vaşinqton və Ottavanın Şimali Dəniz Yolunu beynəlxalq tranzit marşrutuna çevrimək səylərini dəstəkləyir.

Hazırda, Birləşmiş Krallığın silahlı qüvvələri Arktika bölgəsində yerləşmir və daimi olaraq döyüş növbətçiliyi aparmır. Buna baxmayaraq, ölkənin hərbi rəhbərliyi milli qüvvələrin son dərəcə aşağı temperaturlarda döyüş əməliyyatları aparma qabiliyyətlərinə xüsusi diqqət yetirir.

Böyük Britaniyanın Müdafiə Nazirliyinin yeni gəmilərin tikintisini sifariş verərkən irəli sürdüyü tələblərdən biri də onların Arktikada vəzifələrin yerinə yetirilməsinə uyğunlaşmasından ibarətdir.

Uzaq Şimal siyasətini reallaşdırarkən Çin "Arktika dövlətlərinin suveren hüquqlarına hörmət etdiyini" bəyan edir. Pekin eyni zamanda "Arktikanın beynəlxalq statusa" malik olduğunu elan etməklə azad naviqasiya prinsiplərinin tətbiq edilməsini, Arktikada ayrı-seçkilik olmadan balıqçılıq fəaliyyətini və regionun problemlərinin həllində dövlətlərin maneəsiz iştirakını da tələb edir.

Regionda Çin maraqlarını daha da genişləndirmək məqsədilə 2018-ci ilin sonunda "Arktikada mövcudluğun artırılması konsepsiyası" hazırlanıb. Nəşr olunan "Arktikada Çin Siyasəti" əsərində Pekinin Uzaq Şimaldakı strateji prioritetləri aşağıdakılardan ibarətdir:

- Arktika dövlətlərindən uzunmüddətli icarəyə götürülən ərazilərdə qütb stansiyalarının yaradılması, eləcə də regionda milli ekspedisiyaların sayı və müddətinin artırılması hesabına Arktikada elmi tədqiqatların intensivləşdirilməsi;
- Mineral və bioloji ehtiyatların mənimsənilməsində iqtisadi mövcudluğun artırılması, həmçinin dəniz nəqliyyatı marşrutlarının (Şimali Dəniz Yolu və Şimal-Qərb keçidi) istifadəsinin genişləndirməsi;
- İnkişafın ən vacib problemlərini həll etmək üçün beynəlxalq hüquqi sənədlərin hazırlanmasında fəal iştirak etməklə regiona siyasi təsirlərin gücləndirilməsi.

Beləliklə, Arktika zonasında yerləşən və bir sıra digər maraqlı dövlətlərin rəhbərliyi bu regionda iqtisadi və hərbi-siyasi maraqlarının qorunmasına dair planlarının həyata keçirilməsinə böyük diqqət yetirir, hərbi kontingentlərin mövcudluğunu və milli silahlı qüvvələrin olduqca aşağı temperaturda döyüşdə istifadəsi üçün imkanlarını artırmağa çalışırlar.

Hərbi ekspert Ədalət Verdiyev
Ordu.az

Teqlər: Arktik-region  

Arktik regionda xarici ölkələrin hərbi fəaliyyəti - ARAŞDIRMA (FOTOLAR)

2018/10/7-7698436570.jpg
Oxunub: 1549     14:43     16 Oktyabr 2018    