Səudiyyə HHQ-yə məxsus təyyarə qəzaya uğrayıb

2018/10/saudi-1539668099.jpg
Oxunub: 258     09:15     16 Oktyabr 2018    
Səudiyyə Ərəbistanı Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı Müdafiə Nazirliyinə yaxın mənbə bildirib.

Məlumata görə, qəzaya uğrayan təyyarə “Hawk” sinifli olub. Krallığın şimal-qərbində baş verən qəza zamanı təyyarə təlim missiyasında olub.

Mənbə qəza nəticəsində təyyarənin bütün ekipajının həlak olduğunu qeyd etsə də, heyətin sayına dair dəqiq açıqlama verməyib. Hazırda qəzanın səbəbinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

İlkin Məmmədov
Ordu.az

Teqlər: Səudiyyə   Qəza   HHQ  

Səudiyyə HHQ-yə məxsus təyyarə qəzaya uğrayıb

2018/10/saudi-1539668099.jpg
Oxunub: 259     09:15     16 Oktyabr 2018    