Çin iki ölkə ilə birlikdə dəniz təlimləri keçirəcək

2018/10/45645-1539610888.jpg
Oxunub: 311     17:40     15 Oktyabr 2018    
Çin donanması bu həftə sonu Tailand və Malayziya ilə birlikdə Malakka boğazında birgə hərbi təlimlər həyata keçirəcək.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təlim şənbə günü start götürəcək və Malayziyanın “Dickson”la “Klanq” limanlarında baş tutacaq.

Çin donanması bu təlimə üç esmines və freqat, iki helikopter, 3 İl-76 nəqliyyat təyyarəsi və 692 hərbçi göndərəcək. 9 gün davam edəcək təlimə “Sülh və Dostluq 2018” adı verilib.

Çin Müdafiə Nazirliyinin bununla bağlı yaydığı bəyanatda təlimin üç ölkənin silahlı qüvvələrinin Cənubi Çin dənizi regionunda sülh və stabilliyi gücləndirməyə qərarlılığını nümayiş etdirəcəyi vurğulanıb.

Qeyd edək ki, bu təlimlər ABŞ Müdafiə naziri Ceyms Mettisin regiona səfərindən sonraya təsadüf edəcək. Sinqapur və Vyetnamda olacaq Mettisin ziyarəti bu gün başlayıb və bir neçə gün davam edəcək.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər: Çin   Təlim  

Çin iki ölkə ilə birlikdə dəniz təlimləri keçirəcək

2018/10/45645-1539610888.jpg
Oxunub: 312     17:40     15 Oktyabr 2018    