“Lockheed” və “Rheinmetall” Almaniyaya “Black Hawk”ı təklif edir

2018/10/230_1-1539610756.jpg
Oxunub: 301     19:51     15 Oktyabr 2018    
“Lockheed Martin” və “Rheinmetall” Almaniyaya ordusunun ağır nəqliyyat helikopterləri ilə bağlı elan etdiyi tenderdə mübarizəyə daxil olublar.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, onlar Almaniya ordusuna MH-60 “Black Hawk” helikopterlərini təklif edirlər.

Almaniya donanması hazırda istifadədə olan 21 ədəd “Sea Lynx ASW” helikopterindən ibarət eskadrilyanı əvəzləməyə çalışır. Bu helikopterlər 2025-ci ildə istifadə müddətlərini başa vuracaq.

Eyni zamanda Almaniya Hərbi Hava Qüvvələri də özünün inventarındakı ağır nəqliyyat helikopterlərini əvəzləməyi düşünür.

Bu məqsədlə elan edilmiş tenderin dəyəri 4,6 milyard dollardır. Müqavilə uğrunda “Lockheed” və “Rheinmetall”la yanaşı “Airbus”un (NH90) və “AugustaWestland”ın da mübarizə aparması gözlənilir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Lockheed   Rheinmetall   BlackHawk  

“Lockheed” və “Rheinmetall” Almaniyaya “Black Hawk”ı təklif edir

2018/10/230_1-1539610756.jpg
Oxunub: 302     19:51     15 Oktyabr 2018    