Pentaqon köhnəlmiş hava eskadrilyasının hazırlığını gücləndirməyə çalışır

2018/10/2_122-1539610271.jpg
Oxunub: 283     17:28     15 Oktyabr 2018    
ABŞ Müdafiə Nazirliyi köhnəlməkdə olan döyüş təyyarələrindən ibarət eskadrilyasının döyüş hazırlığını artırma yollarını nəzərdən keçirir.

Ordu.az “Washington Times”a istinadən xəbər verir ki, Mettisin ordu qarşısına qoyduğu 80% tələbi Pentaqon tərəfindən öhdəsindən gəlinməsi çətin tapşırıq kimi görülür.

Xatırladaq ki, bir neçə gün öncə ABŞ Müdafiə naziri Ceyms Mettis istifadədə olan əsas hərbi təyyarələrin azı 80%-nin bir il ərzində müharibəyə hazır vəziyyətə gətirilməsi ilə bağlı Pentaqona göstəriş verib.

Onun bu göstərişindən cəmin bir gün sonra Pentaqon aşkarlanan nasazlıqdan dolayı bütün F-35 eskadrilyasının uçuşuna qadağa qoydu.

ABŞ hərbi təyyarələri arasında qəza halları son 4 il ərzində 40% yüksəlib. Xüsusilə ABŞ donanması və Dəniz korpusunun hava eskadrilyasında baş verən qəzalar eyni zaman kəsiyində iki dəfə artıb.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər: Pentaqon   HHQ  

Pentaqon köhnəlmiş hava eskadrilyasının hazırlığını gücləndirməyə çalışır

2018/10/2_122-1539610271.jpg
Oxunub: 284     17:28     15 Oktyabr 2018    