Pakistan ordusu: Hindistanın 1 hücumuna 10 zərbə ilə cavab veriləcək

2018/10/58847-1539609594.jpg
Oxunub: 374     19:43     15 Oktyabr 2018    
“Əgər Hindistan Pakistan daxilinə bir hücum etməyə cürət etsə, o, buna cavab olaraq 10 hücumla üzləşməli olacaq”.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu fikirləri Pakistan ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri general-mayor Asif Qafur səsləndirib.

Londonda baş tutan mətbuat konfransına qatılan Qafur Pakistana qarşı hansısa akt planlaşdıranlara hər zaman onun ordusunun imkanlarını nəzərində saxlamağı məsləhət görüb.

Xatırladaq ki, ilk dəfə 2016-cı il sentyabrın 29-da Hindistan ordusu Pakistan silahlı qüvvələri ilə təmas xətti boyunca yerləşən ərazilərdə gecə vaxtı terrorçulara qarşı əməliyyat keçirdiyini iddia etsə də, Pakistan tərəfi bunu təkzib etmişdi.

Sonuncu dəfə ötən ayın 25-də Hindistan Baş Qərargah rəisi Bipin Ravat Pakistana qarşı belə bir əməliyyata ehtiyac olduğunu dilə gətirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Pakistan   Hindistan   Müharibə  

Pakistan ordusu: Hindistanın 1 hücumuna 10 zərbə ilə cavab veriləcək

2018/10/58847-1539609594.jpg
Oxunub: 375     19:43     15 Oktyabr 2018    