NATO Norveçdəki hərbi təlimlərdə 20-yə yaxın təcrübə aparacaq

2018/10/45645-1539609413.jpg
Oxunub: 351     19:15     15 Oktyabr 2018    
NATO Rusiya ilə sərhəd bölgələrində həyata keçiriləcək “Trident Juncture 2018” hərbi təlimləri zamanı 20-yə qədər təcrübə həyata keçirməyi planlaşdırır.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə NATO-nin Ali Müttəfiq Transformasiya Komandanlığı məlumat yayıb.

Norveçdə baş tutacaq təlim 25 oktyabrdan 7 noyabra qədər davam edəcək. Təlim zamanı alyansın yeni imkanlarının sınaqdan keçirilməsi, təsdiqlənməsi üçün münbit şərait yaradılması planlaşdırılır.

Eyni zamanda NATO bu təlimləri hərbi qüvvələri riskə atmadan əldə etdiyi nəticələrin dəyərləndirilməsi üçün ən uyğun mühit kimi görür. Buna görə də, təlim zamanı təxminən 20 təcrübə praktikadan keçiriləcək.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: NATO   Norveç   Təlim  

NATO Norveçdəki hərbi təlimlərdə 20-yə yaxın təcrübə aparacaq

2018/10/45645-1539609413.jpg
Oxunub: 352     19:15     15 Oktyabr 2018    