ABŞ sanksiya tətbiq etsə Rusiya Səudiyyədə möhkəmlənə bilər

2018/10/4576-1539602540.jpg
Oxunub: 343     15:20     15 Oktyabr 2018    
Səudiyyə Ərəbistanının dövlət mediası ABŞ-ın Ər-Riyada sanksiya tətbiq edəcəyi halda Rusiyanın krallıqda hərbi baza aça biləcəyini iddia edib.

Ordu.az “Washington Examiner”ə istinadən xəbər verir ki, məşhur jurnalist Camal Qaşıqçının Səudiyyə Ərəbistanının İstanbuldakı konsulluğuna daxil olmasından sonra yoxa çıxması üzərindəki söz-söhbət hər keçən gün bir qədər də güclənir.

ABŞ senatorları Tramp administrasiyasını Səudiyyə Ərəbistanı ilə əlaqələri kəsməyə və silah satışını dayandırmağa çağırsa da, ABŞ prezidenti Donald Tramp bir neçə dəfə bu məsələyə görə, krallıqla münasibətləri pisləşdirməyin tərəfdarı olmadığını vurğulayıb.

Səudiyyə kralı Məhəmməd ibn Salman hökumətinin bu işlə əlaqəsi olmadığını bildirdikdən sonra “Al-Arabiya” televiziyasının İdarə Heyətinin sədri Türki Aldaxil ABŞ-ı yanlış addım atmamağa çağırıb.

“ABŞ Səudiyyə Ərəbistanına aqressiv cavab versə, Səudiyyə hökuməti onun iqtisadiyyatını ölümə məhkum edəcək. Hökumət neft qiymətlərinin yüksəlməsinə yol aça bilər. Eyni zamanda bu addım Rusiyanın burada hərbi baza yerləşdirməsi və Yaxın Şərqin İrana təslim edilməsinə gətirib çıxara bilər”, - deyə o bildirib.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər: Vaşinqton   Sanksiya  

ABŞ sanksiya tətbiq etsə Rusiya Səudiyyədə möhkəmlənə bilər

2018/10/4576-1539602540.jpg
Oxunub: 344     15:20     15 Oktyabr 2018    