İdlibdə atəşkəsin pozulmasından Suriya ordusu itki verib

2018/10/10400-1539589086.jpg
Oxunub: 281     11:37     15 Oktyabr 2018    
Suriyada atəşkəsin tətbiqinə nəzarət üzrə Rusiya-Türkiyə komissiyasının Rusiya tərəfi sutka ərzində bölgədə 9 dəfə atəşkəsin pozulma faktını qeydə alıb.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Son 24 saat ərzində Birgə Razılaşmanın pozulması üzrə Rusiya-Türkiyə komissiyasının Rusiya tərəfi Latakiya (3) və Hələbdən (6) olmaqla 9 atəşkəs pozulması faktı qeydə alıb. Türkiyə tərəfindən isə heç bir belə hal qeydə alınmayıb”, - deyə məlumatda bildirilir.

Rusiyanın Suriyada vuruşan tərəfləri Uzlaşdırma Mərkəzi isə bu hücumlar nəticəsində Suriya ordusundan iki əsgərin həlak olduğu, ikisinin isə yaralandığını bildirib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: İdlib   Suriya  

İdlibdə atəşkəsin pozulmasından Suriya ordusu itki verib

2018/10/10400-1539589086.jpg
Oxunub: 282     11:37     15 Oktyabr 2018    