Ermənistan MN-nin informasiya şöbəsinin rəisi vəzifəsi uğrunda SKANDAL

2018/10/timth-1539428295.jpg
Oxunub: 838     14:57     13 Oktyabr 2018    
Ermənistan müdafiə nazirliyinin informasiya-analitik şöbəsinin rəisi vəzifəsi uğrunda skandal baş verib.

Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, erməni azərbaycanşünas Aşot Movsisyan Ermənistan müdafiə nazirliyinə qarşı iddia ilə məhkəməyə müraciət edib.

İddiaçı tələb edir ki, müdafiə nazirliyi tərəfindən 10 sentyabr tarixində boş olan informasiya-analitik şöbə rəisinin vəzifəsinə təyin edilmək üçün keçirdiyi müsabiqəni etibarsız hesab etsin və həmin vəzifəyə təyinat məqsədilə yeni müsabiqə keçirilsin.

Məlumata görə, Movsisyan şöbə rəisi vəzifəsinə təyinatla bağlı keçirilən müsabiqədə iştirak edib. Ancaq keçirilən müsabiqədə qalib gələ bilməyib. Buna görə də o, müsabiqənin nəticələrinə etiraz əlaməti olaraq məhkəməyə müraciət edib.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: Ermənistan   Skandal  

Ermənistan MN-nin informasiya şöbəsinin rəisi vəzifəsi uğrunda SKANDAL

2018/10/timth-1539428295.jpg
Oxunub: 839     14:57     13 Oktyabr 2018    