Hərbi komandanlıq mənəvi ehtiyac kimi: Tarix və ədəbiyyatdan nümunələr

2018/10/3454-1539427520.jpg
Oxunub: 2493     14:23     13 Oktyabr 2018    
Hərbi komandanlıq bir incəsənət nümunəsidir və o, effektivlik nümayiş etdirmək üçün şəksiz sədaqət tələb edir. Hərbi komandanlıq eyni zamanda mənəvi və intellektual əsaslara söykənən bir peşədir. Əsgər üçün mənəvi ehtiyac qələbə və onun yolunda qurban verilənlərin qızıl ortasını taparaq balanslaşdırma aktını özündə ehtiva edir.

Hərbi komandanlıq konsepsiyasının mühakimə metodu müharibənin bütün situassiyalarında mənəvi ehtiyac qarşılayıcı vasitə olaraq ortaya çıxır. Məhz bu vasitə öz-özlüyündə hərbi profesionallığın ölçülərinin daha da genişləndirilməsi potensialını özündə təqdim edir. Əlbəttə, bu məsələnin də mövcudluğunun söykəndiyi əsas vasitə inkişaf etdirilmiş hərbi təhsildir. Bu məqalədə hərb tarixindən və ədəbiyyatdan bəzi nümunələr göstərməklə yüksək hərbi komandanlığın və səbəbi olan mənəvi ehtiyacın əsaslarını və əhəmiyyətini izah etməyə çalışacağıq. Lakin qeyd etməliyik ki, nə tarix, nə ədəbiyyat, nə də şəxsi təcrübə mənəvi ehtiyac və hərbi komandanlıq məsələlərini, həmçinin onlar arasındakı əlaqəni tam olaraq izah etmir. Buna baxmayaraq, bu vasitələr məhz mövzu ilə bağlı sualların ortaya qoyulmasına və təbii ki, diqqətçəkən mövzunun məhsuldar müzakirəsinə imkan verəcək.

Mənəvi ehtiyac və hərbi komandanlıq məsələsinə toxunarkən ilk ağla gələn və tarix səhnəsinin gördüyü ən önəmli strateqlər arasında yer alan Sezar, Böyük Karl, Corc Vaşinqton və Corc Marşal kimi şəxslərin belə insan olmağın səbəb olduğu qeyri-mükəmməlliklə qarşılaşdıqlarını bildirməkdə fayda var. Bəzi hallarda mənəvi ehtiyac bu strateqləri tərk etmiş ola bilər, lakin onların kariyeraları davamlı və uzunmüddətli hərbi-mənəvi ehtiyacla dəstəklənən bir ömür kimi tarix səhnəsində qeyd olunub.

Tarixi nümunələr: Sezardan Marşala

Sezarın müttəfiqlik anlayışı

Sezarın ambisiyaları bəzən onun sərgilədiyi addımlarda qeyri-mənəvi situassiyaların geniş olduğunu deməyə imkan versə də, ümumi olaraq qeyd edə bilərik ki, davamlı olaraq uğur əldə edən hər bir strateq bu nailiyyətlərini özünün mənəvi dayaqlarına borcludur. Şübhəsiz ki, Sezar da tarix səhnəsinin ən böyük hərbi liderlərindən biri olaraq bu tendensiyadan kənarda qalmayıb. Ömrünün sonlarına yaxın Qalliya fatehi olaraq tarixdə daha bir uğura imza atan Sezar 400 il dünyaya hökm edəcək bir imperiyanın əsaslı təməllərini atıb. Qalliya səfərinə kiçik hərbi qüvvə ilə gedən və bu səfər zamanı qatıldığı bütün döyüşlərdə qan tökülmə risqini minimuma endirərək qələbə qazanan məhşur imperator şübhəsiz ki, bu mənada əhəmiyyətli mənəvi nümunə göstərib.

Bir sıra tarixçilər onun əldə etdiyi hərbi uğurların təməlində yatan prinsiplərin güclü komandirlik və idarəçilik keyfiyyətləri olduğunu bildirir. Hökmranlığının ilk illərində Sezar ordunun tərkibindəki legionların senturionlarını bir araya toplayaraq onları bölgə idarəetmə hüququ verən yeni mövqelərə gətirdi. Hətta bəzi tarixi mənbələrdə qeyd olunur ki, Sezar senturionlarla görüş zamanı onları hər hansısa özündən asılı fərdlər olaraq deyil, özünün müttəfiqləri olaraq nümayiş etdirdi.

Analitiklər qeyd edir ki, bunu hazırkı federal idarəetmə üsulu ilə eyniləşdirmək mümkündür. Yəni əsas etibarilə Sezarın uğurlarında açar faktorun siyasi və inzibati idarəetmə məsələlərində mərkəzdən asılılığı müəyyən qədər yumşaltması və vahid mərkəzə bağlı, daxili idarəetmədə sərbəst bölmələr formalaşdırması olduğunu qeyd etmək mümkündür. Bu, əsas etibarilə hazırkı günəş sistemi adlandırılan idarəetmə modelinin ilkin fundamental versiyası olaraq qəbul edilə bilər. Yəni o dövr üçün standart olaraq qəbul edilən təpədə kralın, ondan aşağıda zadəganların və daha sonra sadə xalqın dayandığı bir sistem yox, mərkəzdə liderin, ətrafında xalq nümayəndələrinin dayandığı bir sistem Romanın uğurunun səbəbi idi. Hətta bu senturionlar xalq arasından seçilən və pillə-pillə yüksələn ilk başlanğıcda ən aşağı rütbəli hərbçilər idi. Məhz bu ləyaqət və mənəvi bağlılığa əsaslanan idarəçilik üsulu ordu daxilində və dövlət rəhbərliyində sarsılmaz dayaqların formalaşmasına səbəb oldu. Əlbəttə ki, bu dayaqlar da yalnızca daxildən ortaya çıxan çatlar nəticəsində sarsıldı. Belə ki, yüz illər sonrakı Romada artıq Sezar dövründə hökm sürən mənəvi ehtiyacların qarşılanması prinsipləri aradan qalxdı və nəticədə ölkə üçün bir sıra qeyri-müəyyənliklər hasil oldu. Bəlkə də sözügedən prinsiplərin qorunması tarixi Roma imperiyasının bu günlərə qədər gəlib çıxmasına səbəb ola bilərdi. Lakin daha sonrakı tarix bizə ona göstərəcəkdi ki, ən möhkəm sistemləri belə dağıdan hər hansısa daxili və ya xarici qüvvənin ortaya çıxması qaçınılmazdır.

Karlın təhsilli ordusu

Böyük Karl sağ ikən dəfələrlə öz ölümündən sonra imperiyanın gələcəyindən arxayın olmadığını bildirirdi. Hətta onun dövründə Frank imperiyası həmin dövrdə əsl stabillik nümunəsi kimi qəbul edilirdi. Məhz bu sabitlik inkişafa, inkişaf da daha sürətli genişlənmə və stabilliyə səbəb olurdu. Qısacası həmin dövrün Frank imperiyasında müsbət qapalı dövriyyə yaşanırdı. Nəticə etibarilə bu müsbət qapalı dövriyyə mərhələsində ölkə iqtisadiyyatı, logistika infrastrukturu və işəgötürmə sistemləri təkmilləşdirildi.

Böyük Karlın krallıq dövrü ilə bağlı aparılan tarixi araşdırmalar və analizlər göstərir ki, bu mərhələdə Frank imperiyasında ordu rəhbərliyində mənəvi ehtiyacların qarşılanması və bundan öncə isə mənəvi ehtiyacların formalaşdırılması ilə bağlı ciddi işlər ortaya qoyulurdu. Böyük Karlla bağlı qeyd olunmalı başlıca nüans odur ki, o kitabların tərcümə edilməsini və onlar üzərində araşdırmaları təşviq edəcək qərarlar qəbul edir, onların ordu daxilində tətbiqinə aid əmrlər verirdi. Məhz bu addımlar orduda təhsil səviyyəsini daha da genişləndirmiş və nəticə etibarilə hərbçilərdə mənəvi dəyərləri daha da gücləndirmişdi.

Belə ki, atılan bu addımlar əsgərlərə soyuqqanlı mövqe sərgiləməyi öyrətmiş və onları müharibə zamanı yaşanan psixoloji sarsıntılara qarşı hazır vəziyyətə gətirmişdi. İstənilən döyüşlərdə baş verən şiddət hallarına eyni səviyyəli əks-aktın göstərilməməsi nəticəsində Karlın imperiyası sosial mənada ciddi uğurlar əldə edərək fəth olunan bölgələrdə zəif müqavimətlə üzləşirdi. Bu da yekun olaraq Frank imperiyasının genişlənməsini və daha da güclənməsini şətrləndirən faktor idi.

Vaşinqtonun motivasiyası

Vaşinqton müharibələrdə öz üsullarını nümayiş etdirmiş və daha sonra hərbidən siyasətə keçid etmişdi. Müharibədən sonra Corc Vaşinqton ABŞ prezidenti mövqeyini tutmuşdu. Lakin onun siyasətdəki uğurlarını və ona sürətli adaptasiyasını anlamaq üçün hərbçi kimi keçdiyi yola nəzər yetirmək lazımdır.

Corc Vaşinqton Nyu York ətrafında aparılan ardıcıl döyüşlərdən sonra əldə edilən nailiyyətlərə baxmayaraq rəhbərlik etidiyi qüvvələrin Britaniya qarşısında dayanmasının olduqca müşkül məsələ olduğunu anlayır və nəticə etibarilə özünün məşvərət şurasını bir araya toplayır. Şuranın müəyyən etdiyi məqam o idi ki, istiqlaliyyət ordusunun əslində uğursuzluq sayılmalı olan bu uğurlarının səbəbi onun müdafiə mövqeyində dayanması ilə bağlıdır. Yəni müdafiədə əldə edilən uğurlar məğlub olmamaqdır, lakin Amerika ordusunun həmin məqamda məğlub olmamaqdan daha çox qalib gəlməyə ehtiyacı vardı. Çünki uzun müddətli döyüşlər yekunda ordunu əldən salacaq və təcrübəli Britaniya ordusu kiçik döyüşlərdəki uğursuzluqlara baxmayaraq sonda böyük müharibədə qələbə əldə edəcəkdi. Məsələ burasındadır ki, həmin mərhələdə artıq kifayət qədər müdafiə mövqeyində qərarlaşmış Amerika ordusu daxilindəki hərbçilər Böyük Britaniya qüvvələri üzərində hücumu ütopik və bəlkə də sonun başlanğıcı olaraq görürdülər. Başqa sözlə, Britaniya qüvvələri ilə mübarizədə hücum mövqeyi tutmaq üçün istiqlaliyyət ordusu üzvlərində yetərincə özgüvən yox idi və onlar bunu bir növ ayaqlarını yorğanından daha geniş uzatmaq kimi qəbul edirdilər. Məhz bu məqamda Corc Vaşinqton özündə həqiqi liderlik üçün bir mənəvi ehtiyac hiss edərək bütün məsuliyyəti öz üzərinə götürdü. Onun atdığı addımlar əslində əsl psixoloji müharibə, motivasiya və stimullaşdırma döyüşü idi. Vaşinqton döyüşlər zamanı ordunu birbaşa olaraq hücuma səsləməyin əslində uğursuz olacağı qənaətinə gəldi. Onu düşünürdü ki, seçiləcək döyüş taktikası orduda təbii bir inam formalaşdırmalıdır.

Belə ki, Vaşinqtonun yeni müharibə taktikasına əsasən, ABŞ ordusu mərhələli şəkildə ilk olaraq müdafiə mövqeyində olduğu zaman edilən təzyiqləri azaltdı və tarazlığı bərpa etdi, daha sonra isə istiqlaliyyət qüvvələrini hücuma keçirdi. Üzərindən 200 ildən də daha çox vaxt keçdikdən sonra bu müharibə ilə bağlı aparılan bir araşdırmadan əldə edilən yekun nəticə onu göstərir ki, ABŞ ordusu həmin döyüşdə birbaşa hücuma keçmək üçün yetərli ehtiyatlara sahib idi, lakin hücumun ilk mərhələsində Prinston və Trentonda aparılacaq döyüşlərin ağırlığı və Britaniya qüvvələrinin göstərəcəyi qətiyyət ABŞ ordusunun inamını sındıracaqdı. Məhz bu baxımdan verilən qərarın qısa perspektivli nəticələr üçün mənfi nəticələnə biləcəyi üzərində ehtimalar ordudakı bir sıra yüksək rütbəli hərbçilərin Vaşinqtonun bu qərarına etiraz etməsilə nəticələndi. Lakin sonrakı mərhələdə ordunun əldə etdiyi nailiyyətlər və ümumi müharibədə Böyük Britaniya üzərində qələbə nəticəsində sözügedən hərbçilər fikirlərindən dönməli oldular.

Corc Marşalın dəyər zənciri

Harri Truman hökuməti zamanı orduda kifayət qədər əhəmiyyətli yer tutan ABŞ Baş Qərargah rəisi Corc Katlet Marşal Birinci Dünya müharibəsi zamanı əldə edilən nailiyyətlərdə Avropada ciddi təcrübə keçdikdən sonra ordunun başına gətirilərkən əhəmiyyətli islahatlara imza atdı. Onun ən başlıca prinsipi isə hərbi əməliyyatlar zamanı əldə edilən uğurların insan itkiləri ilə tərs mütənasibliyi fonunda qızıl ortanın əldə edilməli olduğudur. O həmçinin ordu daxilində hesabat verməni fundamental prinsiplərdən biri olaraq müəyyən etmiş və orduda ortaya çıxan hər bir insan itkisində və digər xoşagəlməz hallarda bu prinsipin işləkliyinin maksimum həddə saxlanılmasını təmin edirdi.

Belə ki, insan itkiləri ilə hərbi uğurlar arasında qızıl ortanın rəhbər tutulması ABŞ ordusu daxilindəki hər bir hərbçiyə əməliyyatlarda həlak olacaqları təqdirdə onların ətdən qurulan çəpərin parçası kimi qurban verilmədikləri, əksinə təmsil etdikləri xalqın və dövlətin maraqlarının maksimum səviyyəyə qaldırılması üçün şəhid olduqları düşüncəsini aşılayacaqdı. Əlbəttə, bu idealar ABŞ-ın İkinci Dünya müharibəsindəki uğurlarının açarlarından biridir. Belə ki, Birinci Dünya müharibəsi zamanı Avropada gördüyü insanlıq dramından nəticə çıxaran Corc Marşal zamanında müəyyən edir ki, bu ölkələrdə hərbçilərin döyüş ruhu minimum səviyyədədir. Ona görə ki, döyüşdə iştirak edən hər iki blokda dəfələrlə hərbi rəhbərliklərin xidmətlərindəki canlı qüvvəni heç bir strategiya və ya taktikaya əsaslanmadan sadəcə zamanı yubatmaq və qarşı tərəfin hücumlarının qarşısını daha uzun müddət kəsmək üçün istifadə edildiyini görmüşdü.

Onun fikirlərinə görə, məhz belə vecsiz qərarlar ordu daxilində nizam-intizamı pozan, fərari meyilləri gücləndirən və yekunda hərbi uğurların qarşısını alan başlıca faktorlardan idi. Çünki bu dövlətlərdə artıq sıravi hərbçilər dəyərsiz olduqlarını və sadəcə istifadə edildiklərini düşünürlər ki, bu da son məqamda ordu rəhbərliyinə, hətta dövlət idarəçilərinə olan minimumu sıfıra endirir. Məhz bu dəyərlərin formalaşdırılması, vətəndaşın (sivil yaxud hərbi) xüsusi və əhəmiyyətli çəkisinin olduğunu, bayraqların, dövlətlərin və hökumətlərin xalqları formalaşdırıb ondan daha üstün olduğunu deyil, əskinə vətəndaşın və ən sadə hərbçinin bayraqdan, dövlətdən və hökumətdən daha üstün olduğu dəyərini nümayiş etdirir. Bu o anlama gəlir ki, həmin dövlətlərdə bir vətəndaşın (bu nümunədə hərbçinin) ölümü bütöv bayrağın və ya xalqın ölümü kimi qəbul edilir. Bu dəyər və sistemin qəbul edilməsi İkinci Dünya müharibəsində ABŞ-ı Avropa dövlətləri, Yaponiya və SSRİ ilə müqayisədə mənəvi komandanlıq baxımından 1-0 önə keçirirdi ki, bu üstünlük də ABŞ-ın qələbəsinin başlıca səbəbi idi.

Yuxarıda qeyd etdiklərimiz tarixi nümunələr idi ki, əlbəttə bu məsələnin bir də ədəbiyyatda nümunələrinə rast gəlmək mümkündür. Aristoteldən sonra ədəbiyyat olduqca təqdirəlayiq bir inkişaf yolu keçdi və adına uyğun olaraq da, əsl etika və incəsənət sahəsinə çevrildi. Artıq ədəbiyyatçılar reallıqda baş verənləri izləyir və onları analiz edərək, bədiiləşdirilmiş versiyasını kağıza köçürürdü. Hətta tarixin müəyyən məqamlarında ədəbiyyatçılar dövlətin ən əhəmiyyətli siyasi analitiklərinə çevrilmişdi. Məhz bu da ədəbiyyatın sürətli inkişafına səbəb olur və nəticə etibarilə dövlət idarəçiliyi və hərbi idarəçilik kimi məsələlər də bundan müsbət mənada öz nəsibini alırdı. Tolstoyun “Napoleon”, Norman Meyilerin “Çılpaqlar və Ölülər”, Coşua Bantinqin “Pələngbaşlar arasındakı general Lemminq” və s. əsərlər bunlara ən yaxşı nümunələrdir.

Bunlardan sadəcə sonuncunu qeyd etmək lazımdır ki, Coşua Bantinq bu əsərində hərbi ehtiyatı yox, mənəvi ehtiyacı daha üstün sayır və bildirir ki, uğurlu bir lider hərbi marş zamanı önündə getdiyi orduya sadəcə bir dəfə çevrilib baxmalıdır. O da yürüşün ən başında əsgərləri müharibəyə ruhlandıracaq nitqi etmək üçün. Bu çıxış isə elə şəkildə edilməlidir ki, daha sonra geri çevrilməyə ehtiyac olmasın və hər bir hərbçi qeyd-şərtsiz olaraq sonuna qədər öz liderlərini izləsinlər. Məhz bunu bacaran bir şəxs həqiqi liderdir. Yazar həmçinin bu əsərində ordudakı iyerarxiyanın sadəcə hərbi ehtiyat nümunəsi olduğunu qeyd edir və bunun tərəflər arasında bir zəncir formalaşdırdığını, lakin bu zəncirin mənəvi dəyərləri nümayiş etdirən bir halqa yox, zorakı və məcburi üsullara əsaslanan vassallıq sistemi olduğunu qeyd edirdi. O bildirirdi ki, ordu daxilində ən güclü silah və idarəçilik vasitəsi rütbələr arasındakı iyerarxiya zənciri yox, hərbçilər arasındakı könül zənciridir.

Yekun olaraq onu qeyd edə bilərik ki, mənəvi ehtiyacdan doğan hərbi komandanlıq şübhəsiz ki, ən mükəmməl hərbi idarəetmə üsuludur. Buradakı mənəvi ehtiyac ifadəsinə yuxarıdakı nümunələrdə qeyd etdiyimiz bir-birindən tamamilə müxtəlif, lakin ümumbəşəri prinsiplərə, dünyəvi qanunlara uyğun vasitələr daxildir. Bu prinsiplərin başında yuxarıda qeyd olunan sənə bağlı olanları öz müttəfiqin kimi göstərmək, onların da bir strateq ola biləcəyi hissini aşılamaq, onlara yüksək təhsil vermək, uzun perspektivli düşünərək ordunun motivasiyasını maksimum səviyyədə saxlamaq, öz əsgərlərini ət parçası olaraq deyil, bir bütünün ayrılmaz parçası olaraq görmək və bunu onlara aşılamaq kimi yüksək keyfiyyətlər daxildir. Bu mənəvi ehtiyacları ödəyən birisi həm özü yüksəlir, həm də önündə getdiyi ordu və dövləti irəlilərə aparır. Lakin unutmamaq lazımdır ki, bu mənəvi ehtiyaclar kompleks şəkildə ödənərsə, o halda “Məğlubedilməz Armada”nın doğuşunu izləmək mümkündür. Həm də bu Armada həmin prinsiplərə əsaslanaraq ömrünü davam etdirərsə, o halda o əbədiyaşar bir qüvvə ola bilər. Məsələn, Sezarın senturionlarına təlqin etdiyi zadəganlıq hissini, Karlın əsgərindən təhsili, Vaşinqtonun əsgərindən motivasiyanı, Marşalın əsgərindən dəyərli olduğunu anlamaq hissini və Coşua Bantinqin əsgərindən də sədaqət hissini götürüb mükəmməl bir kompleks kompozisiya formalaşdırmaq ideal bir hərbi qulluqçunun ortaya çıxmasına səbəb olacaq.

Əlbəttə bu dəyərlər bir-birinə bağlı şəkildə inkişaf edir. Məsələn təhsil və zadəganlıq keyfiyyətlərinə sahib olmayan birinin özündən daha yüksək rütbəli birisindən görəcəyi səmimi və eyniqüvvəli münasibətə hansı cavabı verəcəyini müəyyən etmək çətindir. Yaxud özünü dəyərli hiss etməyən birisini çox da motivasiya etsən və onu qələbəyə inandırsan belə onun qalib gəlmək və uğrunda canından keçmək üçün bir səbəbi olmayacaq. Bu formulları davam etdirmək mümkündür. Qeyd olunan xüsusiyyətlərdən hər hansısa birinin olmaması istənilən halda ortadakı ciddi təhlükələrdən xəbər verir. Məhz bunları kompleks şəkildə toplamaq mümkün olmadığı üçün yuxarıda qeyd olunan liderlərin qurduqları sistemlər yekunda uğursuzluğa düçar oldular. Bütün bunlar göstərir ki, hərbi komandanlıqda mənəvi ehtiyaclara əsaslanmaq fövqəladə dərəcədə əhəmiyyətlidir.

Dəyanət Ağalarlı
Ordu.az

Teqlər: Hərbi-komandanlıq  

Hərbi komandanlıq mənəvi ehtiyac kimi: Tarix və ədəbiyyatdan nümunələr

2018/10/3454-1539427520.jpg
Oxunub: 2494     14:23     13 Oktyabr 2018    