Kiber hücumlar Britaniya raketlərini yanlış hədəflərə yönləndirə bilər

2018/10/10650-1539425161.jpg
Oxunub: 392     17:04     13 Oktyabr 2018    
Birləşmiş Krallığın sahib olduğu silah və peyk naviqasiya şəbəkələrinə qarşı potensial hücumlar dəqiq raket sistemlərini yanlış hədəflərə istiqamətləndirə bilər.

Ordu.az xəbər verir ki, bu barədə mərkəzi Londonda yerləşən xarici məsələlər üzrə beyin mərkəzi “Chatham House” bəyan edib.

Qurumun beynəlxalq təhlükəsizlik üzrə tədqiqat direktoru Patrisia Levis bu mənada Britaniya üçün mövcud olan əsas narahatlığı belə izah edib: “Əsas narahatlıq bundan ibarətdir ki, onu elə manipulyasiya edə bilərlər ki, sizin silah sistemlərinizin nişanalma yaxud, komanda və idarəetməsi ilə bağlı əldə etdiyiniz məlumat yanlış ola bilər – və ən önəmlisi, siz bunun yanlış olduğunuz bilməzsiniz”.

O, həm Avropa, həm də ABŞ-ın kosmik sistemlərinin təkrar-təkara uğurlu və ya uğursuz kiberhücumlara məruz qaldığını vurğulayıb.

Levisin bu barədə qaldırdığı məsələ Britaniya Kral Birləşmiş Xidmətlər İnstitutunun quru müharibəsi üzrə tədqiqatçısı Cek Uotlinq tərəfindən dəstəklənib.

“Ən pis senaridə siz dəqiq zərbə raketlərini düşmənin sığınacağına buraxırsınız və budur o, hospitalın üzərinə düşür”, - deyə o Uotlinq söyləyib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Kiberhücum   Britaniya  

Kiber hücumlar Britaniya raketlərini yanlış hədəflərə yönləndirə bilər

2018/10/10650-1539425161.jpg
Oxunub: 393     17:04     13 Oktyabr 2018    