Britaniya ordusu yeni bomba zərərsizləşdirmə robotunu tezliklə əldə edə bilər

2018/10/check-1539423084.jpg
Oxunub: 320     15:19     13 Oktyabr 2018    
Britaniya Quru Qoşunları tezliklə partlayıcı qurğuların zərərsizləşdirilməsi məqsədilə hazırlanmış yeni robotu istifadəyə verə bilər.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, yeni texnologiyanı “Harris Corporation” firması təkmilləşdirir.

T7 adlı robot avtonom olsa da, insan operator tərəfindən radio vasitəsilə idarə olunur. Onun əsas xüsusiyyətlərindən biri sensorlu geriqaytarma imkanının olmasıdır.

Bu xüsusiyyət robotu idarə edən operatorun T7 vasitəsilə bombanı zərərsizləşdirməyə çalışarkən nə etdiyini dəqiq şəkildə hiss etmə imkanı verir.

“Harris”in yaydığı məlumata görə, sistem iyul ayında sınaqdan keçirilib və müxtəlif növ əngəlləri uğurla keçib. Onun bu ilin sonlarında daha bir neçə mərhələli sınaqlardan keçirilməsi, 2020-ci ildə isə istifadəyə verilməsi planlaşdırılır.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Britaniya   T7  

Britaniya ordusu yeni bomba zərərsizləşdirmə robotunu tezliklə əldə edə bilər

2018/10/check-1539423084.jpg
Oxunub: 321     15:19     13 Oktyabr 2018    