KTMT-nin hərbi təlimlərində sonuncu mərhələ keçirilir

2018/10/12048-1539419636.jpg
Oxunub: 437     12:32     13 Oktyabr 2018    
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının “Əməkdaşlıq 2018” hərbi təlimlərində sonuncu mərhələyə start verilib.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Hərb Dairəsinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, təlimin bu mərhələsi Qırğızıstandakı “Edelveys” təlim poliqonunda həyata keçirilir.

Təlimlər “Döyüş Qardaşlığı 2018” strateji manevrləri çərçivəsində həyata keçirilir. Bu təlimdə iştirak edən hərbi kontingentlər qanunsuz silahlı qruplarla mübarizə yollarını öyrənirlər.

Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya və Tacikistandan olmaqla təxminən 1600 hərbçinin, 300 hərbi vasitənin, 40 hərbi təyyarə və helikopterin iştirak etdiyi təlimlər bu gün başa çatacaq.

Alpər Mövludoğlu
Ordu.az

Teqlər: KTMT   Təlim  

KTMT-nin hərbi təlimlərində sonuncu mərhələ keçirilir

2018/10/12048-1539419636.jpg
Oxunub: 438     12:32     13 Oktyabr 2018    