Putin nüvə təlimlərinin keçirilməsinə göstəriş verib

2018/10/p05f2-1539322549.jpg
Oxunub: 769     09:12     12 Oktyabr 2018    
“2018-ci oktyabrın 11-də Rusiya Federasiyasının prezidenti və Silahlı Qüvvələrin Ali Baş komandanı Vladimir Putinin təlimatları ilə srateji nüvə qüvvələrinin təlimi baş tutub”.

Ordu.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti bəyanat yayıb.

Bəyanatla birlikdə yayımlanan videoda isə dünən axşam saatlarında Rusiya donanmasının Şimal Filotiliyasına məxsus “Delta-IV” ballistik raket sualtı qayığı “Tula”nın raket atəşinə hazırlaşdığı görülür.

Nüvə başlıqları daşımağa qadir 16 ədəd “Sineva” raketləri ilə silahlana bilən “Tula” Kola yarımadasında yerləşdirilib.

Müdafiə Nazirliyinin saytındakı digər videolarda isə Oxot dənizində Sakit okean Filotiliyasının sualtı qayığından başqa bir ballistik raketin atışı nümayiş etdirilib.

Qeyd edək ki, bu nüvə təlimləri Rusiya Xarici İşlər nazirinin müavini Sergey Ribakovun “New START” müqaviləsinin uzadılmasının təhdid altında olduğunu bildirməsindən sonraya təsadüf edir.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Putin   Nüvə-təlimləri  

Putin nüvə təlimlərinin keçirilməsinə göstəriş verib

2018/10/p05f2-1539322549.jpg
Oxunub: 770     09:12     12 Oktyabr 2018    