Yunanıstan ABŞ-ın daimi mövcudluğunu artırmasını istəyir

2018/10/2f6rd-1539264855.jpg
Oxunub: 416     22:06     11 Oktyabr 2018    
Yunanıstan Birləşmiş Ştatların ölkədəki hərbi mövcudluğunu genişləndirəcəyinə ümid edir.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə bu həftə Vaşinqtona səfər edən Yunanıstan Müdafiə naziri Panos Kammenos bildirib.

Məlumata görə, Kammenos Yunanıstan hökumətinin ABŞ hərbi bazalarına ev sahibliyi etməyə hazır olduğunu düşündüyü üç şəhərin adını açıqlayıb. Bu şəhərlər Volos, Aleksandroupoli və Larisadır.

“Mən vurğulamaq istəyirəm ki, Yunanıstan ABŞ-ı strateji partnyor və müttəfiq kimi görür. ABŞ-ın Yunanıstanda yeni hərbi bazalar açması bizim üçün çox əhəmiyyətlidir”, - deyə Kammenos əlavə edib.

Eyni zamanda Pentaqon F-16 qırıcı təyyarələrin yenilənməsi məqsədilə 1,5 milyard dollarlıq müqavilənin imzalanmasından dolayı nazirə təşəkkür edib.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər: Yunanıstan   ABŞ   Hərbi-baza  

Yunanıstan ABŞ-ın daimi mövcudluğunu artırmasını istəyir

2018/10/2f6rd-1539264855.jpg
Oxunub: 417     22:06     11 Oktyabr 2018    