Birləşmiş Ərəb Əmirlikləri üçün ilk Airbus C295W

2018/10/45645-1539264741.jpg
Oxunub: 175     21:31     11 Oktyabr 2018    
"Airbus" firmasının İspaniyanın Sevilya şəhərindəki müəssisəsinin aerodromunda Birləşmiş Ərəb Əmirlikləri Hərbi Hava Qüvvələri üçün inşa edilən ilk turbovintli "Airbus C295W" hərbi təyyarəsinin görüntüləri əldə olunub.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, təyyarənin (seriya nömrəsi S-178, Birləşmiş Ərəb Əmirlikləri üçün nömrəsi "820") müştəriyə 2018-ci ilin sonunda çatdırılması planlaşdırılır.

Qeyd edək ki, BƏƏ HHQ ötən il "C295W" tipli beş ədəd yüngül iki turbovint mühərrikli təyyarənin alınması üçün "Airbus Defence and Space" (Airbus qrupunun hərbi bölməsi) ilə müqavilə imzalayıb.

Müqavilənin dəyəri açıqlanmasa da, əldə edilən bəzi məlumatlara görə, bu 250 milyon dollara çatır. Yeni "C295W" təyyarələri BƏƏ HHQ-də 1990-cı illərin əvvəllərindən etibarən istismar edilən yeddi ədəd "CN-235" nəqliyyat təyyarəsini əvəz etməlidir. Bu müqavilə ilə BƏƏ C295 ailəsinə aid təyyarənin 29-cu müştərisi oldu.

Ağalar Ağalarlı
Ordu.az

Teqlər:

Birləşmiş Ərəb Əmirlikləri üçün ilk Airbus C295W

2018/10/45645-1539264741.jpg
Oxunub: 178     21:31     11 Oktyabr 2018    