Rusiya və Hindistan "Chakra"larla bağlı razılığa gələ bilməyib

2018/10/ins-c-1539264212.jpg
Oxunub: 478     17:54     11 Oktyabr 2018    
Hindistan 971 layihəli ikinci atom çoxməqsədli sualtı qayığının kirayəyə götürülməsi ilə bağlı Rusiya ilə razılaşa bilməyib və danışıqlar dayandırılıb.

Ordu.az Hindistanın "India Today" nəşrinə istinadən xəbər verir ki, bunun səbəbi sualtının icarəyə verilməsi məsələsində tərəflərin fikirlərinin üst-üstə düşməməsi olub.

Nəşrin yazdığına görə, sualtının kirayə qiyməti məsələsi müqavilənin imzalanmasında əsas maneədir. Sentyabrın 24-dən 28-dək Yeni Dehli şəhərində keçirilən son danışıqlar da müsbət nəticə verməyib. Mövcud məlumatlara görə, Rusiya tərəfi beş il ərzində sualtı qayığın təmir və modernləşdirilməsi üçün 2.5 milyard dollardan çox vəsait tələb edib.

Xatırladaq ki, indi Hindistan Dəniz Qüvvələrində Rusiyanın K-152 "Nerpa" atom sualtı qayığı Hindistan tərəfinə S72 "Chakra" adı ilə icarəyə verilib.

2011-ci ildə Hindistan tərəfinə verilən sualtı qayığın icarə müddəti 2022-ci ildə başa çatır. Bu səbəbdən Hindistan 971 layihəli olan ikinci Rusiya sualtı qayığının kirayəsini müzakirə etmək qərarına gəlib. Qayığa hətta yeni "Chakra-3" kod adını da versələr də, Rusiyanın 1 milyard dollar məbləğində birinci müqavilənin dəyərini 2.5 dəfə artırması prosesi dayandırıb.

Hindistan Hərbi Dəniz Qüvvələrində Rusiya atom sualtı qayıqları yerli mütəxəssislərin hazırlanması üçün istifadə olunur və onların istismarı 2016-cı ildən başlayıb.

Aytəkin Vəliyeva
Ordu.az

Teqlər: Chakra   Hindistan   Rusiya  

Rusiya və Hindistan "Chakra"larla bağlı razılığa gələ bilməyib

2018/10/ins-c-1539264212.jpg
Oxunub: 479     17:54     11 Oktyabr 2018    